Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1404/2021 12.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN-269 nömrəli, KOD 30316018 kodlu Torpağa Mülkiyyət Hüququna X6 Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin hüquq JN-269 nömrəli, KOD 30316018 kodlu “Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında əks olunmuşdur. Hazırda qüvvədə olan qanunvericilik aktların tələbinə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmalıdır. Həmin hüquqların həyata keçirilməsi zamanı bəlli olmuşdur ki, JN-269 nömrəli, KOD 30316018 kodlu “Torpağa Mülkiyyət Hüququna X7 ata adında yalnışlığa yol verilərərk “Binyaməddin” yazılmalı olduğu halda, “Binyamin” yazılmışdır. Hazırkı ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31 may 2021-ci il tarixli, № **********25 saylı məktubunun əslindən göründüyü kimi həmin uyğunsuzluqların aradan qaldırılması Daşınmaz Əmlakn Dövlət Reyestir Xidmətinin səlahiyyətlərinə aid deyildir. Nıticədə hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayənədəsi X2 ərizəni müdafiə edərək ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-269 KOD 30316018 saylı Torpağa Mülkiyyət Hüququna X5 görünür ki, Ərizəçi Binyamin oğlunun mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə 0,26 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında Ərizəçi ata adı “Binyamin” kimi qeyd olunmuşdur. İş materiallarında olan 20 iyul 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 807046 №li, doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuş, şəhadətnaməndə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan Quba rayon Zərdabi bələdiyyəsinin Ərizəçi verilmiş 08 iyun 2021-ci il tarixli, 129 №li arayışından görünür ki, həqiqətən doğum haqqında şəhadətnaməsinə əsasən JN269 kod 30316018 saylı Torpağa Mülkiyyət Hüququna X7 atasının adı səhv olaraq Binyamin yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31.05.2021-ci il tarixli, **********25 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0269 KOD 30316018 saylı Torpağa Mülkiyyət Hüququna X7 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə JN-269 KOD 30316018 saylı Torpağa Mülkiyyət Hüququna X8 əsasında Ərizəçi mülkiyyətinə 0,26 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında Ərizəçi ata adının «Binyaməddin» əvəzinə səhvən «Binyamin» kimi qeyd olunması, hüquqmüəyyənedici sənəd olan JN-269 KOD 30316018 saylı Torpağa Mülkiyyət Hüququna X7 ərizəçinin adının (soyadının, adının və atasının adının) onun şəxsiyyət vəsiqəsində göstərilən adı (soyadı, adı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-269 seriyalı, KOD 30316018 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-269 seriyalı, KOD 30316018 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1404/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1404/2021
12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver