Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-141/2022 10.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X21 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN:894 Kod 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X29 Ərizəçi1 və Ərizəçi2, JN-083F Kod 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, onların şəxsiyyətlərini müəyyən edən sənədlərdə soyadları, adları və ata adları Ərizəçi1 və Ərizəçi2 qeyd olunmuşdur. Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə onlara və digər ailə üzvlərinə X17, X8, X15 və X13 Quba rayonu, Ərməki kəndi ərazisindən 2,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN:894 Kod 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X38 verilmişdir. X27 Ərizəçi1 soyadı və adı düzgün olaraq yazılmış, lakin atasının adı “Mirsayid” əvəzinə “Mirsaid” kimi, Ərizəçi2 soyadı və ata adı düzgün olaraq yazılsa da, adı “İntiqam” əvəzinə “Əfqan” kimi səhvən qeyd olunmuşdur. Soyad, ad və ata adının Ərizəçi1 və Ərizəçi2 olması ərizələrinə əlavə etdikləri şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri ilə də öz təsdiqini tapır. Mülkiyyətçilərdən X17 22 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. Bundan başqa ailə üzvləri 22.10.2016-cı il tarixdə vəfat etmiş X12 Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN-083F Kod 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib olunmuşdur. Həmin X2 soyadı və atasının adı düzgün olaraq yazılsa da, adı “Əfilə” əvəzinə səhvən “Əfiqə” kimi yazılmışdır. Hazırda həmin torpaq sahələrinə dair adlarına çıxarış almaq istəyirlər. Lakin JN:894 Kod 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X32 və JN-083F Kod 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə ad və ata adında olan yalnışlığa görə həmin torpaq sahələrinə dair onların sərəncam vermək hüquqları məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın saylı Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 iyul 2021-ci il tarixli məktubu ilə onlara qeyd olunan sənəddə olan ad və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. JN:894 Kod 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X34 və JN-083F Kod 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməni verən Azərbaycan Respublikası DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə JN:894 Kod 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X25 Ərizəçi1 və Ərizəçi2, JN- 083F Kod 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin isə X12 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. JN:894 Kod 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X29 əsili naməlum şəraitdə itmişdir. Dövlət aktının tapılması üçün Şəfəq qəzetinə elan vermişlər. Quba RPŞnə müraciət etmişlər. X37 itmiş və ya tapılmış əşya kimi Quba RPŞ-yə daxil olmamışdır. Məhkəmədə Ərizəçilər Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçi İntiqam Əlican oğlu və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər Ərizəçilərlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə atasının adı ”Mirsayid” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı ”Əfqan” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 22.10.2016-cı il tarixdə Quba rayonu, Ərməki kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X6 və X16 arasında 02.04.1947-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X16 “İbadova” soyadı verilmişdir. Həmin arayışda onun adı “Əfilə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 XX.XX.1920-ci il tarixdə anadan olmuşdur. Həmin vəsiqədə onun adı “Əfilə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X29 surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 03.05.1997-ci il tarixli 04 saylı qərarına əsasən JN-894 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X38 tərtib edilərək 2.05 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X12 Quba rayon AİK-nın 03.05.1997-ci il tarixli 04 saylı qərarına əsasən JN-083F KOD 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.15 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 03.05.1997-ci il tarixli 04 saylı qərarına əsasən 2.05 ha torpaq sahəsi verilərək JN-894 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X38 tərtib edilmişdir. X12 Quba rayon AİK-nın 03.05.1997-ci il tarixli 04 saylı qərarına əsasən 0.15 ha torpaq sahəsi JN-083F KOD 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-894 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X32 “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Mirsaid oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhvən “X18” olaraq qeyd olunmuşdur. JN-083F KOD 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə “X17” əvəzinə səhvən “X24” olaraq qeyd edilmişdir. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən JN-894 KOD 30307028 saylı Torpağa Mülkiyyət X4ra və JN-083F KOD 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin isə X12 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-894 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X5, X8, X15 və X20 ilə yanaşı, onlara, yəni Ərizəçi1 və Ərizəçi2 və JN-083F KOD 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X1 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-894 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X29 Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN-083F KOD 30307028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair X1 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-141/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-141/2022
10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver