Məhkəmə qərarları › İş №2(027)-1414/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1414/2023

25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1414/2023 25.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Hacıbaba oğlunun Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Hacıbaba oğlunun Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hacıbaba oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 1555,20 manat məbləğində borcun onun **********00630 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hacıbaba oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli yaşayış evi ona məxsus olmaqla istifadəsindədir. (arayış əlavə olunur) Azəriqaz ASC ilə bağlanmış qazın alqı satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edirik və istifadə etdiyləri qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 2022-ci ilin noyabr ayında yaşayış evinə quraşdırılmış qaz sayğacı zəif işlədiyindən, Quba Qaz İİ-nə şifahi müraciət edərək, qaz sayğacının zəif işləməsini, bu səbəbdən də yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Müraciəti əsasında 26 dekabr 2022-ci il tarixdə Azəriqaz İB-nın əməkdaşları yaşadığı yaşayış evinə quraşdırılmış və istifadə etdiyi Zenner tipli qaz sayğacını çıxararaq digər Zenner tipli qaz sayğac ilə əvəzləşdirmişlər. 2023-cü ilin əvvəllərində qaz borcu qəbzi gələrkən 1555,20 manat məbləğində cərimənin olduğunu görmüşdür. Quba Qaz İİ-nə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akt və tələbnaməni ona təqdim etmişlər. Həmin aktla tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli ******* saylı aktda Azəriqaz İB-nın əməkdaşlarının çıxardığı Elster tipli qaz sayğacına baxış keçirilmiş, güya qaz sayğacının çıxış plastmas borusunun deşilməsi, sayğacda xətaların normadan artıq olması, sayğacın hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyini, sayğacın istismara yararsız olması qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2023-cü il tarixli tələbnamə tərtib olunaraq 1555,20 manat cərimə borcu hesablanmışdır. Aktda onun imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Hansı ki, onun həmin aktın mövcudluğundan xəbəri belə olmamışdır. xx.xx.2023-cü il tarixli ******* saylı aktla və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Sayğac qüsurlu olduğundan və zəif işlədiyindən o, özü Quba Qaz İİ-nə müraciət etmişdir. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilməli, hesablanmış 1555,20 manat cərimə onun **********00630 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı Hacıbaba oğlu iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Azəriqa” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********9 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusunun deşilib, sayğacda xətaların normadan artıqdır, sayğac minimal sərviyyatda nisbi xəta ilə işləyir, sayğacın hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı Hacıbaba oğlunun 2023-ci il üzrə 1555,20 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı Hacıbaba oğlu təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, **********9 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın çıxış plastmas borusunun deşilib, sayğacda xətaların normadan artıqdır, sayğac minimal sərviyyatda nisbi xəta ilə işləyir, sayğacın hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1555,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1555,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın etibarsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın etibarsız hesab edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 1555,20 manat məbləğində borc iddiaçının **********00630 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Hacıbaba oğlunun **********00630 saylı abonent hesabına hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar