Məhkəmə qərarları › İş №2(027)-1415/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1415/2023

25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1415/2023 25.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 31 mart 2023-cü il tarixli ******* saylı AKT əsasında hesablanmış 1555,20 (bir min beş yüz əlli beş) manat pulun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz" İB X4 İstismar İdarəsinin (Xaçmaz. RQİİ) Quba Xidmət Sahəsinin (ünvan 1 ünvanında yerləşən evdə istifadələrində olan təbii qaz sayğacı üçün "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" 66275463 saylı AKT tərtib edərək istifadələrində olan qaz sayğacını növbədənkənar yoxlamaya göndərmək məqsədilə xəttən ayıraraq əvəzində yeni sayğac quraşdırmışlar və sayğacın plombunu sökərək, əvəzinə yeni plomb vurmuşlar. Bundan sonra yeni sayğacdan istifadə edərək yandırdığları qazın pulunu ödəmişlər. İstifadə etdiyləri qazın pulunu ödəyərkən ona məlum olmuşdur ki, sayğac dəyişdirildikdən 10 ay sonra 2023-ci ilin mart ayında akt əsasında 1555.20 (bir min beş yüz əlli beş) manat borc hesablanmışdır. Bu barədə ona nəzarətçi zəng edərək məlumat vemişdir. Həmin borc 31 mart 2023-cü il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş AKT üzrə yazılmışdır. Aktda "Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib, sayğac istismara yararsızdır, təbii qaz itkisi yaranmışdır" qeydi aparılmışdır. Sayğaca tərəfindən müdaxilə edilməmişdir və bu faktı təsdiq edən heç bir sənəd yoxdur. Sayğac dəyişdirilərkən onun fotosunu mobil telefon vasitəsiylə çəkmişdir. Fotodan məlum olur ki, sayğacın şüşəsində heç bir sınıq əlamətləri yoxdur, deşilməyib. Göstərilən sayğac İstehlakçıya məxsus ərazidə deyil, küçədə quraşdırılmışdır və bir başa olaraq onun qorunması abonentin yox, qaz paylayıcının funksiyasina aiddir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Azəriqa” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********3 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın hesablama mexanizminin qoruyucusu şüşəsi sınıqdır, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib və sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-ci il üzrə 1555,20 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, **********3 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın hesablama mexanizminin qoruyucusu şüşəsi sınıqdır, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib və sayğac istismara yararsızdır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1555,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1555,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın etibarsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın etibarsız hesab edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 1555,20 manat məbləğində borc iddiaçının **********00250 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********00250 saylı abonent hesabına hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar