Məhkəmə qərarları › İş №2(027)-1416/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1416/2021

23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1416/2021 23.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçilər X9 və X5 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1174F, KOD 30319018 saylı Şəhadətnamənin onlara Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, onların şəxsiyyətlərini müəyyən edən sənədlərdə soyadları, adları və ata adları Ərizəçi1 və Ərizəçi2 qeyd olunmuşdur. Quba rayon AİK-nın 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə onlara və ailə üvzləri X10 Quba rayonu İİ Nügədi kəndi ərazisində 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş və adlarına Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1174F, KOD 30319018 saylı Şəhadətnamə verilmişdir. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1174F, KOD 30319018 saylı Şəhadətnamədə onun – Ərizəçi1 soyadı və atasının adı düzgün yazılsa da, atasının adı “İskəndər” əvəzinə səhvən “İsgəndər” kimi, o – X2 düzgün yazılsa da, adı “Sənayə” əvəzinə səhvən “Sənarə” kimi, atasının adı “Şirnəli” əvəzinə səhvən “Şirinəli” olaraq qeyd edilmişdir. Adlarının Ərizəçi1 və Ərizəçi2 olması şəxsiyyət vəsiqələri, doğum və nikah haqqında şəhadətnamələri ilə öz təsdiqini tapmışdır. Qeyd olunan torpaq sahəsinə dair çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamədə mülkiyyətçilərin adı və ata adlarının düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Şəhadətnamədəki yanlışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Ərizəçi2 və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1954-cü ildə anadan olmuşdur. Onun atası – X11, anası – Zərövşə Kazımovadır. Həmin şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun atasının adı “İskəndər” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X7 01.05.1996-cı il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı “Cəmil” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı və atasının adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 arasında 01.05.1997-ci il tarixdə nikah bağlanmışdır. Həmin şəhadətnamədə Ərizəçi1 atasının adı “İskəndər” olaraq, Ərizəçi2 adı və atasının adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilmsəinə dair Şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 Şirinəli qızına və X8 Quba rayon AİK-nın 20.06.1997-ci il tarixli 14 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1174F, KOD 30319018 saylı Şəhadətnamə tərtib edilərək 0,15 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2 Şirinəli qızına və X8 Quba rayon AİK-nın 20.06.1997-ci il tarixli 14 saylı qərarına əsasən 0,15 ha torpaq sahəsi verilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1174F, KOD 30319018 saylı Şəhadətnamə tərtib edilmişdir. Həmin Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən Ərizəçi1 İsgəndər oğlu”, “Ərizəçi2” əvəzinə səhvən “X6” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1174F, KOD 30319018 saylı Şəhadətnamənin onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1174F, KOD 30319018 saylı X1 ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2nun hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1174F, KOD 30319018 saylı Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar