Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1439/2021 16.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-179A KOD 30323018 nömrəli Şəhadətnamənin və JN-0002 KOD 30323018 nömrəli Dövlət aktının X8 və X9 ilə yanaşı anası X5 və özü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-179A KOD 30323018 nömrəli Şəhadətnaməyə əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,22 ha və Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0002 KOD 30323018 nömrəli Dövlət aktına əsasən kənd təsərüfatı məhsulları istehsalı məqsədi ilə 2,48 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-179A KOD 30323018 nömrəli Şəhadətnamədə və JN-0002 KOD 30323018 nomrəli Dövlət aktında onun adı Ərizəçi Səfıxan oğlu və anasının ata adı X10 əvəzinə səhvən X12, X1 yazılmışdır. X10 29 noyabr 2007-ci il tarixində ölmüşdür. İcra nümayəndəliyindən verilmiş vərəsəlik haqqında arayışa əsasən o, anasının vərəsələri sırasına daxildir. Hazırda anasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Şəhadətnamədə və Dövlət aktında qeyd olunmuş ad və ata adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmaması və məhkəməyə müraciətlə bağlı **********14 nömrəli 07 iyun 2021-ci il tarixli imtina məktubu almışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN- 179A KOD 30323018 nömrəli Şəhadətnamədə və Torpağa Mülkiyyət Hüququna Dair JN- 0002 KOD 30323018 nömrəli Dövlət Aktında olan uyğunsuzluqları o, başqa qaydada həll edə bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0002 KOD 30323018 saylı Torpağa Mülkiyyət Hüququna X26 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6, X13, X9 və Teymurxanov Əliyar Səfixan oğlunun mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 2,48 hektar torpaq sahəsi verilmiş, həmin dövlət aktında Ərizəçi adı “Əliyar” kimi, X4 atasının adı “Nurəddin” kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-179A KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6, X13, X9 və Teymurxanov Əliyar Səfixan oğlunun mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,22 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi adı “Əliyar” kimi, X4 atasının adı “Nurəddin” kimi qeyd olunmuşdur. İş materiallarında olan 01.12.1959-cu il tarixdə verilmiş İ-İE seriyalı, 898247 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 21 dekabr 1940-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan 29 noyabr 1977-ci il tarixdə verilmiş V-JQ 368214 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Teymurxanov Səfixan Vəkil oğlu ilə Teymurxanova Bəsəngül Nurəd qızının birgə nikahlarından 04 aprel 1956-cı il tarixdə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan 29.09.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçi oğludur. İş materiallarında olan 07 yanvar 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 255823 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 29 noyabr 2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Susay kənd İƏD üzrə nümayəndəsinin 01.03.2021-ci il tarixli, 10 saylı arayışından görünür ki, X2 rayonu Susay kəndində yaşamış və 29.11.2007-ci ildə Quba rayonu, Susay kəndində vəfat etmiş, Ərizəçi onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Quba RİHB-nın Susay kənd İƏD üzrə nümayəndəsinin 18.05.2021-ci il tarixli, 20 saylı arayışından görünür ki, JN 179A, KOD 30323018 olan şəhadətnamədə texniki səhvlərə görə X14 və X3 qeyd olunmuşdur. Əslində Ərizəçi Səfixan oğlu və Teymurxanova Bəsəngül Nurəd qızı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07.06.2021-ci il tarixli, **********14 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0002 KOD 30323018 saylı Torpağa Mülkiyyət Hüququna X27 və JN 179 A KOD 30323018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il il tarixli, 08 nömrəli qərarı ilə JN-0002 KOD 30323018 saylı Torpağa Mülkiyyət Hüququna X29 əsasında X15, X13, X9 və Ərizəçi mülkiyyətinə 2,48 hektar torpaq sahəsi və JN-179A KOD 30323018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında 0,22 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında və şəhadətnamədə Ərizəçi adının “Əlidar” əvəzinə səhvən “Əliyar” kimi, X4 ata adının isə «Nurəd» əvəzinə səhvən «Nurəddin» kimi qeyd olunması, X4 29 noyabr 2007-ci il tarixdə vəfat etməsi, Ərizəçi X4 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, hüquqmüəyyənedici sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair JN-179A KOD 30323018 nömrəli Şəhadətnamənin və JN-0002 KOD 30323018 nömrəli Torpağa Mülkiyyət Hüququna X28 aktının X13 və X9 ilə yanaşı X5 və Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-179A KOD 30323018 nömrəli Şəhadətnamənin və JN-0002 KOD 30323018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 X13 və X9 ilə yanaşı X5 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1439/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1439/2021
16.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver