Məhkəmə qərarları › İş №2(027)-144/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-144/2022

01.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-144/2022 01.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla “miras əmlaka vərəsəlik hüququnun tanınması, miras əmlaka vərəsəlik üzrə şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla “miras əmlaka vərəsəlik hüququnun tanınması, miras əmlaka vərəsəlik üzrə şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması 01 fevral 2022-ci il tarixə, saat 12:00-a təyin edilmiş və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla “miras əmlaka vərəsəlik hüququnun tanınması, miras əmlaka vərəsəlik üzrə şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar