Məhkəmə qərarları › İş №2(027)-1440/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1440/2021

09.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1440/2021 09.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, X17 və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2, X7, X4, Maraqlı şəxs1 Nəzərəli qızının, Maraqlı şəxs3 və Ərizəçi Mirzəbəy oğlunun adlarına verilmiş JN:0002 KOD ******* saylı torpağa mülkiyyət hüququna X37 onlara “X9”na, “X18”na, “X13”na, “Maraqlı şəxs3”na, “Maraqlı şəxs1 və “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi iştirak edən zaman ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdi. Ərizəçi teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Ərizəçi göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/8 saylı qərarına əsasən onlara, Maraqlı şəxs3, Maraqlı şəxs1, Ərizəçi, X8, X10, X5 Qusar rayonunun Sudur Palasa kəndi ərazisindən 10,05 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0002 KOD 30120068 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X13 14 fevral 2013-cü il tarixdə, X18 31 may 2010-cu il tarixdə, X9 12 may 2002-ci il tarixdə vafat etmişlər. JN:0002 KOD 30120068 saylı torpağa mülkiyyət hüququna X36 Ərizəçi atasının adı səhvən “Mirzəbəy”, X3 adı səhvən “Şixaybat”, X6 atasının adı səhvən “Şixyabat” oğlu kimi qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən sənəddə Ərizəçi atasının adı “Həmzəbəy”, ölümünü təsdiq edən sənədlərdə X3 adı “Şixheybət”, X6 atasının adı “Şixaybat” kimi qeyd edilmişdir. JN:0002 KOD 30120068 saylı torpağa mülkiyyət hüququna X36 da ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini və ölümünü təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət ediblər. X35 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0002 KOD 30120068 saylı torpağa mülkiyyət hüququna X36 Ərizəçi atasının adı səhvən “Mirzəbəy”, X3 adı səhvən “Şixaybat”, X6 atasının adı səhvən “Şixyabat” oğlu kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Belə ki, JN:0002 KOD 30120068 saylı torpağa mülkiyyət hüququna X37 onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Göstərilənləri nəzərə alaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2, X7, X4, Maraqlı şəxs1 Nəzərəli qızının, Maraqlı şəxs3 və Ərizəçi Mirzəbəy oğlunun adlarına verilmiş JN:0002 KOD ******* saylı torpağa mülkiyyət hüququna X37 onlara “X9”na, “X18”na, “X13”na, “Maraqlı şəxs3”na, “Maraqlı şəxs1 və “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs1, X17 teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsirinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X23 ifadəsində bildirmişdi ki, Əlimirzəyev Mirzəbəy onun qardaşıdır, Maraqlı şəxs1 qardaşı arvadı, Ərizəçi qardaşı oğlu, Maraqlı şəxs3 qardaşı qızıdır. Əlimirzəyev Şixhaybat onun atası, Ərizəçi, Maraqlı şəxs3in babasıdır. Məhkəmə işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyinin 03.06.2021-ci il tarixli 1578 nömrəli arayışından görünür ki, Ərizəçi Quba şəhəri, Heydər Əliyev pr, 227 ünvanında qeydiyytdadır. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1972-ci ildə anadan olmuşdur. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1994cü ildə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 411184 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 31.05.2010-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 20.06.2010-cu il tarixində 17 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 145161 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki,X11 12.05.2002-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 20.12.2002-ci il tarixində 27 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.02.2020-ci il tarixli AZ-İ 571069 seriya və nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən arayışından görünür ki, X12 14.02.2013-cü il tarixdə Qusar rayonu Sudur-oba kəndində yol qəzasında vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 01.03.2013-cü il tarixində 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd İƏD-si üzrə nümayəndəliyinin DƏDRX-nin 5 saylı Ərazi idarəsinə təqdim etmək üçün 11.11.2020-ci il tarixli 910 nömrəli arayışından görünür ki, JN:0002 KOD 30120068 saylı torpağa mülkiyyət hüququna dair X34 rayon Sudur-oba kənd sakinlərinin adı, soyadı və atasının adı sənəddə X14, X13 və Ərizəçi Mirzəbəy oğlu yazılıb, əslində ölüm haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqəsində X9, X15 və Ərizəçi yazılması və oxunması düzgündür. İş materiallarında olan, JN:0002 KOD 30120068 saylı Torpağa Mülkiyyət Hüququna X36 torpaq mülkiyyətçisi və ailə üzvlərinin ad, soyad, ata adı; X16, X18, X15, Ərizəçi Mirzəbəy oğlu, Maraqlı şəxs1 Nəzərəli qızı və Maraqlı şəxs3 kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 29.10.2020-ci il tarixli məktubda JN:0002 KOD 30120068 saylı Torpağa Mülkiyyət Hüququna X36 ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-0002 KOD 30120068 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X1, X18, X13,Ərizəçi, Maraqlı şəxs1 və Maraqlı şəxs3 qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-0002 KOD 30120068 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X1, X18, X13, Ərizəçi, Maraqlı şəxs1 və Maraqlı şəxs3 qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar