Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1440/2024 02.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı tələbnamənin ləğvi və həmin tələbnamə əsasında hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X7 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, Akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 26 fevral 2024-cü il tarixli Təlabnamə (qərarın) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında onun **********00150 saylı abonent hesabına yazılmış 4898,88 manat məbləğində borcun silinməsi və ödədiyi 771 manat pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi ona və ailəsinə məxsusdur. Həmin evdə də səhətilə əlaqədar müalicədə olduğu üçün daimi yaşamırlar. Cavabdeh əməkdaşları 07 yanvar 2023-cü il tarixdə Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən evinə gələrək, istifadələrində olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, qaraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edərək əvəzetmə məqsədi ilə istifadələrində olan Zenner tipli, G4 markalı **********1 saylı sayğacı xəttən ayrılaraq əvəzində Zenner tipli, G4 markalı **********407 saylı sayğacı quraşdırmışlar. Cavabdeh ilə onun adına onun xəbəri olmadan onun əvəzinə başqasına imza atdıraraq (müqavilədən və imzadan xəbəri yoxdur) bağlanılmış olan xx.xx.2023-cü il tarixli, 325896 02-2023 saylı qazın alqı-satqısı müqaviləsi tərtib edilmişdir. Həmin müqaviləyə əsasən yaşadığı Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən evdə güya abonent bazasından təqdim edilməyən əldə düzəldilmiş avadanlıqlardan istifadə etdiyi qeyd olunmuşdur. Lakin bir daha bildirmək istəyir ki, yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 325896 02-2023 saylı qazın alqısatqısına müqavilədən onun məlumatı yoxdur və onu imzalamamışdır. Məsuliyyətli bir abonent olaraq evdə yaşayış olduğu zamanlar təbii qazdan istifadə edirlər və dəyərinidə vaxtlı-vaxtında ödəyir. Fevral ayının sonunda Quba Xidmət Sahəsinin əməkdaşları ona planda geri olduqları üçün smart karta pul ödəmələrini xahiş etdilər. Onda onların xahişini yerə salamamaq üçün evdə olan 771,0 manat pulu samartkarta yüklədi. Fevral ayının sonu Cavabdeh Xaçmaz X8 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları ona zəng edərək 26 fevral 2024-cü il tarixində yaşadığları ünvanda, küçədən keçən və aşkar şəkildə görsənən kiçik boru birləşməsini aşkar etdiklərini və ona 2 gün əvvəl, yəni 26 fevral 2024cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli, ******* saylı AKT tərbit etdiklərini bildirdilər. Qeyd edir ki, iddia edilən kiçik boru birləşməsi evin qarşısından keçən hər kəs tərəfindən gözlə görünməsi mümkün olan və həyət çəpərinin çöl hissəsindən keçən küçə hissəsində mövcud idi. Həmin boru birləşməsini X3 Xaçmaz X8 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları hər səfər onların küçəyə gəldiyində görürdülər. Bundan başqa “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü i tarixli, ******* saylı Akt tərtib edilərkən onun ümumiyyətlə məlumatı olmamış və AKT-ın imzalanmasında da o iştirak etməmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 fevral 2024-cü il tarixli, ******* saylı Akt əsasında 26 fevral 2024-cü il tarixdə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə (Qərar) qəbul edilmiş və ona 40824 kubmetr qazdan qanunsuz istifadəyə görə 4898.88 manat məbləğində borc hesablanmışdır. Aktda onun Aktı imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Lakin Akt tərtib olunarkən o orada olmamışdır. 771,0 manat ödənişdən sonra bəlli olmuşdur ki, ona 4898.88 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qararla və hesablanmış zərər məbləği ilə razılaşmır. Onun və ailə üzvlərinin ümumiyyətlə kənar xəttin mövcudluğundan xəbəri olmamışdır, həmin kənar xətti onlar çəkdirməmişlər, bu faktı təsdiq edən heç bir sənəd yoxdur. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və aşkar edilmiş kənar xətt çöldədir. Belə olduqda istənilən halda kənar şəxs belə oraya müdaxilə edə və kənar xətt çəkə bilər. O, bütün günü sayğacın və oradakı xəttlərin keşiyini çəkə bilməz. Kənar xətti kimin çəkdirməsinə dair heç bir məlumatı yoxdur. Çöldə quraşdırılmış onun təqsiri olmadan çəkilmiş kənar xəttə və ya sayğacda baş vermiş hər hansı bir hala görə mən məsuliyyət daşımır. O, sadəcə istehlakçı kimi istifadə etdiyi təbii qaza görə aylıq ödənişlərini edərək təbii qazdan istifadə edir. Həmçinin hər ay qaz idarəsinin işçiləri sayğaca və ətrafa baxış keçirir. Keçən müddət ərzində kənar xətt halını onlar müşahidə etməli idi. Hazırda ödəniş etdiyi məbləğin geri qaytarılmasını və əsassız hesablanmış borcun silinməsini tələb edir, ona görə də məhkəməyə müraciıt etməli olmuşdur. Hesab edir ki, o cavabdeh "xxxx" İB-nə zərər vurulmasına gətirib çıxara bilən təqsirli, hüquqa zidd əməl törətməmişdir. İş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 26 fevral 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). İddiaçı fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” həmin vaxt xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq İddiaçı üçün 40824 m3 və ya hər kübmetr qaz üçün 12 qəpik hesabı ilə 4898.88 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. İddiaçı akt tərtib olunan vaxt sayğacdan kənar, qanunsuz yolla təbii qazdan istifadə etdiyini etiraf etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Həmin vaxt İddiaçı iddia ərizəsində də sayğacdan kənar qaz xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf etmir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, "Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı,etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, onun xəbəri olmadan akt tərtib edib ziyan hesablamışlar, alqı-satqı müqaviləsini imzalamamışdır. Boru birləşməsi divardan açıq-aşkar görünür. Akt tərtib olunarkən iştirak etməmişdir, onun yerinə qaz idarəsinin əməkdaşları imza etmişlər, 4898,88 manat ziyan hesablayıblar. Kənar xəttin mövcudluğundan xəbəri yoxdur, ondan istifadə etməmişdir. İddiasını əsaslı hesab edir, təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, iddiaçının 3400 manat qaz borcu oluduğuna görə qaz sayğacı dəyişdirib smart sayğacla əvəz olunmuşdur. Çəkiliş zamanı iddiaçının kənar xəttdən istifadə etdiyi məlum olmuşdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: yazılı formada bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, 32589602-2023 saylı müqavilədən görünür ki, «Paylayıcı» Xaçmaz X8 İdarəsi ilə «İstehlakçı» İddiaçı arasında müqavilə bağlanmışdır. Bu müqavilə «Paylayıcı» ilə «İstehlakçı» arasında təbii qazın alqı-satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri tənzimləyir. Həmin müqavilənin 1-ci bəndinə əsasən «Paylayıcı» bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq «İstehlakçı»nı keyfiyyətli qazla təmin edir, «İstehlakçı» isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq» Paylayıc»ı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.10 manat məbləğində müəyyən edilir. “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, 31-ci məhəllə ünvanda yerləşən yaşayış evində **********1 nömrəli sayğac çıxarılmış və əvəzində **********407 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli aktından görünür ki, abonentin mənzilinə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu; X3 26 fevral 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti- 2 ədəd PQ-4 ün maksimal saatlıq qaz sərfi 2 x 1.2=2.4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd dəmir sobasının maksimal saatlıq qaz sərfi 2 x 1.4=2.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2.25m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün xərəyi maksimal saatlıq qaz sərfi 2m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2.4 x 12 x 360=10368; 2.8 x 12 x 360=12096; 2.25 x 12 x 360=9720; 2 x 12 x 360=8640-cəmi 40824m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2024-cü il tarixli ******* saylı akt olmuşdur; Azəriqaz RQİİ-nin xx.xx.2024-cü il tarixli ******* nömrəli müayinə aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilərkən həmin mənzildə PQ-3 və Kombi-32 kvt avadanlığı aşkar olundu; **********00150 kodlu abonentin saldosunun qalıq və aktlar bölməsindən görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş, lakin istifadə etdiyi qaza ödənişləri vaxtlı-vaxtında həyata keçirmədiyi üçün 2024-cü ilin fevral ayına 4898,88 manat ziyan yaranmışdır; İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı Quba rayonu, 31-ci məhəllə ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Digər tərəfdən isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mütəmadi və fasiləsiz olaraq qaz plitəsinin və kombinin evdə 24 saat istifadəsi real deyil. Bundan başqa bir fərdi yaşayış evində (çox da böyük olmayan) 2 ədəd PQ-4 ün, 2 ədəd dəmir sobanın, axımlı su qızdırıcının və xərəyin olması real olmadığından, sadəcə PQ-3 və Kombi-32 kvt avadanlığı üzrə hesablamaların aparılması məqsədəmüvafiqdir. Beləlik məhkəmə hesab edir ki, qaz sərfi aşağıdakı qaydada hesablanmalıdır:
1. Kombi-32 kvt avadanlığı üzrə 3,5 x 12 x 360 =15120 m3=1814,40 manat;
2. PQ-3 avadanlığ üzrə 08 x 12 x 360= 3456m3 =414,72 manat; Beləliklə, iddiaçı tərəfindən cavabdehə cəmi olaraq 2229,12 manat məbləğində ziyan vurulmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddianın 4898,88 manatdan 2669,76 manat məbləğində hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-1.1. bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-2. bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İddiaçı həmçinin İddiaçı Cavabdehndən 771 manat məbləğində pulun Cavabdehndən alınaraq ona ödənilməsini tələb etsə də, iddiaçının həmin məbləği nə məqsədlə ödəməsini və həmin ödənilimiş məbləğin geri qaytarılmasının əsasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia 771 manat məbləği tələbi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 26 fevral 2024-cü il tarixli tələbnamə ləğv ediməli və həmin tələbnaməyə əsasən hesablanmış 4898,88 (dörd min səkkiz yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borcun 2669,76 (iki min altı yüz altmış doqquz manat yetmiş altı qəpik) manat məbləğində olan hissəsi İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 46,69 (qırx altı manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddia qismən təmin edilsin. "xxxx" İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 26 fevral 2024-cü il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 4898,88 (dörd min səkkiz yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borcun 2669,76 (iki min altı yüz altmış doqquz manat yetmiş altı qəpik) manat məbləğində olan hissəsi İddiaçı abonent hesabından silinsin. 46,69 (qırx altı manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Vüqar Seyidov