Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1442/2025 02.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Nemət qızının nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Nemət qızı cəlb olunmaqla barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 04 aprel 2025-ci il tarixində imzalanmış barışıq sazişin 5-ci, 6-cı və 7-ci bəndlərində olan razılaşmanın yəni, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 hər həftənin 5-ci günü dərsdən sonra götürüb ertəsi gün, yəni 6-cı gün axşam 20:00-dək anaları Maraqlı şəxs qaytarılması, uşaqların Quba rayonu Amsar kənd orta məktəbində təhsil alması, Maraqlı şəxs özünə məxsus cehiz əmlakını onun evindən tam çıxarılması və dövlət rüsumu olaraq ödədiyi 100 (yüz) manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən ərizəçi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, onunla Maraqlı şəxs arasında 04 aprel 2025-ci il tarixində imzalanmış barışıq sazişinin bütün bəndlərini, 1-ci bəndində Maraqlı şəxs və Ərizəçi ilə aralarında bağlanmış nikahlarının vaxt verilmədən davam etdirilməməsinə, 2-ci bəndində tərəflər birgə nikahdan dünyaya gəlmiş övladları-xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X1 anaları-Maraqlı şəxs himayəsində saxlanılmasına, 3-cü bəndində tərəflər-Maraqlı şəxs və Ərizəçi birgə nikahlarından dünyaya gəlmiş övladlarının saxlanılması üçün hər uşaq üçün 200 manat olmaqla, 400 manat məbləğində pulu Maraqlı şəxs kart hesabına ödəməyi, 4-cü bəndində aliment məbləğinin ödənişini hər ayın 25-30-u olmaqla 2025-ci ilin martından ödəməyə, 5-ci bəndində Maraqlı şəxs və Ərizəçi uşaqlarla ünsiyyət hissəsində övladları xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 hər həftənin 5-ci günü dərsdən sonra götürüb ertəsi gün, yəni 6-cı gün axşam 20:00-dək anaları Maraqlı şəxs qaytarılması, bayram günləri və özəl günlərdə isə uşaqların istəyinə uyğun olaraq qalmağı və gecələməyi, 6-cı bəndində Ərizəçi uşaqlarının anası yaşayan ünvanda Quba rayonu Amsar kənd orta məktəbinə taksi nəqliyyatı ilə gedib-gəlməsi üçün Maraqlı şəxs qızma 2025-ci ilin aprel və may ayları üçün hər ay 50 manat olmaqla ödəməyə, 7-ci bəndində tərəflər Maraqlı şəxs və Ərizəçi birgə nikahları zamanı əldə etdikləri FORD FUSİON markalı nəqliyyat vasitəsinin dəyəri olan 16000 manat olmaqla nikah pozulduqdan sonra qarşı tərəfin bank hesabına 4000 manat və qalıq 4000 manatı isə Maraqlı şəxs özünə məxsus cehiz əmlakını Ərizəçi valideynlərinə məxsus evdən çıxarıldığı zaman ödəməyə, 8ci bəndində Maraqlı şəxs və Ərizəçi evli olduqları zaman adlarına aldıqları kredit məbləğini hər tərəfin öz hesabına ödəməyə, 9-cu bəndində sazişin rüsumu isə hər iki tərəf bərabər qaydada ödəməyə, 10-cu bəndində isə bu razılaşmadan kənar heç bir tələb olmayacağına dair bəndlərinə uyğun razılaşmanın təsdiq edilməsi, dövlət rüsumu olaraq ödədiyim 100 (yüz) manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, nikahlarının pozulması ilə bağlı məhkəmənin icraatında mülki iş vardır. Digər məsələlərlə bağlı mediasiya prosesində aralarında razılığa gəlmişlər. 04 mart 2025-ci il tarixində keçirilən mediasiya prosesində cavabdehlə barışığ sazişi bağlamışlar. Qeyd olunan barışığ sazişində xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 anası, Maraqlı şəxs himayəsinə verilməsi, uşaqların yetkinilk yaşma çatana kimi saxlanması üçün hər ay ümumilikdə 400 manat aliment verilməsi, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 hər həftənin 5-ci günü dərsdən sonra götürüb ertəsi gün, yəni 6-cı gün axşam 20:00-dək anaları Maraqlı şəxs qaytarılması, uşaqların Quba rayonu Amsar kənd orta məktəbində təhsil alması, birgə nikah dövründə əldə edilmiş FORD FUSİON markalı nəqliyyat vasitəsinin dəyəri olan 16000 manat yarısını Maraqlı şəxs özünə məxsus cehiz əmlakını mənim evimdən tam çıxarıldıqdan sonra ona verilməsi barədə razılığa gəlmişik və bunu təsdiq etmişlər. Bundan əlavə də aralarında bəzi razılışmalar olmuşdur. O, razılaşmaya tam şəkildə əməl edir, bundan sonra da əməl edəcək. Təbii ki, Maraqlı şəxs da razılaşmaya əməl etməsini istəyir. Lakin qarşı tərəf razılaşmanın bütün şərtlərini pozur, razılaşmanın heç bir bəndinə əməl etmir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmış və bununla bağlı onunla Maraqlı şəxs və mediator arasında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 3 tərəfli müqavilə imzalanmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Nemət qızının nümayəndəsi və vəkili Vəkil ərizəni qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin bəndləri məcburi icra üçün təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs Nemət qızı arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.Tərəflər - X8 və Ərizəçi ilə aralarında bağlanmış nikahlarının vaxt verilmədən davam etdirilməməsinə, 2.Tərəflər - birgə nikahlarından dünyaya gəlmiş evladları - xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları - X2 himayəsində saxlanılmasına, 3.Tərəflər - X8 və Ərizəçi birgə nikahlarından dünyaya gəlmiş övladlarının saxlanılması üçün Ərizəçi hər uşaq üçün 200,0 (iki yüz) manat olmaqla cəmi 400,0 (dörd yüz) manat məbləğində pulu X2 təqdim etdiyi kart hesabına (**********389520) ödəməyi, 4.Aliment məbləğinin ödənişini hər ayın 25-30-u olmaqla 2025-ci ilin mart aydan ödəməyə, 5.Tərəflər - X8 və Ərizəçi uşaqlarla ünsiyyət hissəsində övladları - X4 və X3 qanunvericiliklə qorunan hüquq və azadlıqlarına (təhsil, idman, qidalanmaq, istirahət və s.) məhdudiyyət qoymadan tədris ili dövründə hər həftənin 5-ci günü dərsdən sonra götürməklə və həmin həftənin 6-cı günü axşam saat 20-00 dək qəyyumları - X7 təhvil verməyi, bayram günləri və özəl günlərdə isə uşaqların istəyinə uyğun olaraq (hansı valideyn yanında qalacaqlarına uşaqlar özləri qərar verəcəklər) qalmağı və gecələməyi, 6.Tərəflər - Ərizəçi uşaqlarının Anası yaşayan ünvandan məktəbə - ünvan 2ün X5 2025-ci ilin aprel və may ayları üçün hər ay 50,0 (əlli) azn olmaqla hər ayın 1-5-i aralığında ödəməyə, 7.Tərəflər - X8 və Ərizəçi birgə nikahları zamanı əldə etdikləri Ford FUSİON (Ban № 3FA6P0HD2GR245511, ** LU *** nömrəli) markalı minik maşının dəyərini - 16000,0 (on altı min) manat olmaqla hər tərəf 50% olmaqla Ərizəçi nikahın pozulması bitdikdən sonra (nikahın pozulması haqqında qətnamə tərəflərə rəsmi təqdim edildiyi gün) qarşı tərəfin bank hesabına (kartına) 4000,0 (dörd min) manat və qalıq 4000,0 (dörd min) manatı isə X2 bank hesabına (kartına) özünə məxsus cehiz əmlakını Ərizəçi valideyinlərinə məxsus evdən çıxarıldığı zaman ödəməyə, 8.Tərəflər - X8 və Ərizəçi evli olduqları zaman adlanan aldıqları kredit məbləğini hər tərəfin öz hesabına ödəməyə, 9.Sazişin rüsumunu isə hər iki tərəf 50% (iki yüz manat) olmaqla cəmi 400,0 (dörd yüz) manatı ödəməyə. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs Nemət qızının arasında keçirilmiş mediasiya prosesində barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs Nemət qızı könüllü icra üçün nəzərdə tutulmuş müddətdə icranı yerinə yetirməmş, daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin könüllü qaydada icra edilmədiyinə və könüllü icrasından imtina olunduğuna görə barışıq sazişinin məcburi icrası məhkəmə tərəfindən təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Maraqlı şəxs Nemət qızı öz növbəsində sazişin şərtlərinin icrasından imtinanı ərizəçinin ona düşən şərtlərin icrasından imtina etməsi ilə əlaqələndirmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanılmış barışıq sazişi ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, aliment və sair məsələlərlə bağlı qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, saziş könüllü qaydada icra edilmədiyindən, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd edilməlidir ki, sazişin şərtləri qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs Nemət qızı arasında Quba 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış “Barşıq Sazişi”nin bəndləri məcburi icra üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1442/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1442/2025
02.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver