Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1444/2021 29.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi oğlunun Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ona məxsus olmuş seriya AZE 09117924 nömrəli şəxsiyyət vəsiqəsində yazılmış “Ərizəçi Adil oğlu” ilə hal-hazırda ona məxsus olan seriya ******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Ərizəçi”in eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1958-ci ildə Özbəkistan SSR, Daşkənd vilayəti, Kurqan sovetində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə soyadı, adı və atasının adı “Ərizəçi” olduğu halda, 2005-ci və 2012-ci ildə ona verilən şəxsiyyət vəsiqəsində səhvən adı “Ərizəçi Adil oğlu”, doğum tarixi isə 25 noyabr 1958-ci il yazılmışdır. Hal-hazırda ona məxsus olan şəxsiyyət vəsiqəsində düzgün olaraq adı “Ərizəçi”, doğum tarixi xx xxxxxxxx 1958-ci il yazılıb. O, bütün sənədləşmə işlərini əvvəlki şəxsiyyət vəsiqəsi ilə apardığından, sənədlərində, o cümlədən məhkəmə aktlarında adı “Ərizəçi Adil oğlu” kimi, doğum tarixi 25 noyabr 1958-ci il qeyd olunmuşdur. Hazırda həmin sənədlər üzrə müəyyən hərəkətləri həyata keçirə bilmir. Buna görə də seriya AZE 09117924 nömrəli şəxsiyyət vəsiqəsində yazılmış “Ərizəçi Adil oğlu” ilə, seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsində yazılmış “Ərizəçi”in eyni şəxs olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin faktın başqa yolla təsdiq edilməsi mümkün deyildir. Məhkəmədə Ərizəçi və onun nümayəndəsi X2 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 04.06.2012-ci il tarixdə Quba RPŞ tərəfindən verilmiş AZE:09117924 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsində Ərizəçi atasının adı “Adil”, doğum tarixi “25.11.1958”-ci il olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin 10.06.2021-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş fərdi uçot kartoçkalarının surətindən görünür ki, 27.09.2005-ci il tarixdə Quba RPŞ tərəfindən verilmiş 04091960 və 04.06.2012-ci il tarixdə verilmiş 09117924 nömrəli şəxsiyyət vəsiqələrində Ərizəçi atasının adı “Adil” olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 27.09.2005-ci il tarixdə Quba RPŞ tərəfindən verilmiş 04091960 və 04.06.2012-ci il tarixdə verilmiş 09117924 nömrəli şəxsiyyət vəsiqələrində Ərizəçi atasının adı “Adil” olaraq qeyd edilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsində isə onun atasının adı “Adimoviç”, doğum tarixi isə “xx.xx.1958-ci il” olaraq qeyd edilmişdir. Ərizəçi oğlu məhkəmədən seriya AZE 09117924 nömrəli şəxsiyyət vəsiqəsində yazılmış “Ərizəçi Adil oğlu” ilə hal-hazırda ona məxsus olan seriya ******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Ərizəçi”in eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni seriya AZE 09117924 nömrəli şəxsiyyət vəsiqəsində yazılmış “Ərizəçi Adil oğlu” ilə hal-hazırda ona məxsus olan seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Ərizəçi”in eyni şəxs olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi oğlu hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1444/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1444/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver