Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1449/2022 14.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə verilməsinə dair JN-186A KOD 30306018 nömrəli X1, X12, X13, X14 və X19 ilə yanaşı, onlar- Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması, Torpağa mülkiyyət hüququna dair JN-250 KOD 30306018 saylı Dövlət X2, X12, X13, Ərizəçi2, X14 ilə yanaşı, onlar-Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə onlara və digər ailə üzvləri olan X18, X12, X13, X14 və X15 Torpağın Mülkiyyətə verilməsinə dair JN-186A KOD 30306018 nömrəli Şəhadətnaməyə əsasən fərdi yaşayış evi tikintisi üçün 0,19 ha həyətyanı torpaq sahəsi, X19 istisna olmaqla, onlarla birgə digər ailə üzvlərinə isə Torpağa mülkiyyət hüququna dair JN-250 KOD 30306018 saylı Dövlət Aktı ilə 4,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 30306018 nömrəli Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair JN-250 KOD 30306018 saylı Dövlət Aktında mülkiyyətçilər kimi onların adları səhv göstərilmişdir. Belə ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-186A KOD 30306018 nömrəli Şəhadətnamədə Ərizəçi1 adı səhvən X6, Ərizəçi2 adı səhvən X3, Ərizəçi3 adı isə səhvən X4 yazılmışdır. Bundan başqa Torpağa mülkiyyət hüquqna dair JN-250 KOD 30306018 saylı Dövlət Aktında Ərizəçi1 adı səhvən X6, Ərizəçi3 adı isə səhvən X4 yazılmışdır. Hazırda onlara məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin şəhadətnamədə və Dövlət Aktında onların adları düzgün yazılmadığından bu, mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən şəhadətnamədəki yanlışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-186A KOD 30306018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18, X20, X12, X16, X13, X14, X17 və X10 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,19 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 adı səhvən X6, Ərizəçi2 adı səhvən X3, Ərizəçi3 adı isə səhvən X4 qeyd olunmuşdur. İş materiallarında olan JN-250 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X32 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18, X20, X12, Ərizəçi2, X13, X14, X8 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 4,04 hektar torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi1 adı səhvən X6, Ərizəçi3 adı isə səhvən X4 kimi qeyd olunmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın Alpan kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 173 №li arayışından görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-250 KOD 30306018 saylı Dövlət Aktında texniki səhv olaraq hüquq sahibləri aşağıdakı kimi yazılmışdır: X20, X17, həmin torpağa mülkiyyət hüququna X33 həmin şəxslər aşağıdakı kimi oxunmalıdır: Ərizəçi1, Ərizəçi3. İş materiallarında olan Quba RİHB-nın Alpan kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 174 №li arayışından görünür ki, mərhum X11 adına olan torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD: 30306018 saylı şəhadətnamədə hüquq sahibləri texniki səhv olaraq aşağıdakı kimi yzaılmışdır: X20, X16, X17. Həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həmin şəxslər aşağıdakı kimi oxunmalıdır: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. İş materiallarına əlavə olunmuş xx.xx.1979-cu il tarixli, İİ-JQ seriyalı, 300842 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 ilə X9 16 iyun 1979-cu il tarixdə ailə qurmuşdur, bu barədə qeydlər kitabında 497 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra X5 Yaqubova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-cı il tarixli, AZ-İİ seriyalı, 113285 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi1dır. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2dur. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi3dur. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 №li məktubdan görünür ki, JN-186A KOD 30306018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN-250 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X33 adları qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 30306018 saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1 Ərizəçi2 və Ərizəçi3, JN-250 KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X32 isə Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənədlər olan torpağın mülkiyyətə verilməsinə dair JN-186A KOD 30306018 nömrəli X1, X12, X13, X14 və X19 ilə yanaşı, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması, torpağa mülkiyyət hüququna dair JN-250 KOD 30306018 saylı Dövlət X2, X12, X13, Ərizəçi2, X14 ilə yanaşı,- Ərizəçi1 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1449/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1449/2022
14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver