Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1450/2022 28.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-006A KOD 30321148 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizədə göstərmişdilər ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 07 saylı qərarı ilə ailə üzvlərinə - Ərizəçi1, Ərizəçi2, X5 və X3, JN-006A KOD 30321148 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Quba rayonu, Püstəqasım kəndi ərazisindən 0,28 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi1 əvəzinə, səhvən Ərizəçi1 Baba oğlu, Ərizəçi2 əvəzinə, səhvən X1 qeyd olunmuşdur. Hazırda Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ailə üzvlərinə verilmiş torpaq sahəsi üçün daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almaq istəyirlər. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 ata adında, Ərizəçi2 adında səhv olduğundan çıxarış ala bilmirlər. Buna görə də JN-006A KOD 30321148 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlar - Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, şəhadətnamədəki səhv qeydi başqa yolla düzəliş etdirmək mümkün deyildir. Şəhadətnamədə yanlışlığı aradan qaldıra bilmir və onlar bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-006A KOD 30321148 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə iştirak edən zaman Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçilərlə yaxın qohumdu, belə ki, Ərizəçi1 onun bacanağı, Ərizəçi2 baldızıdı. Şahbabanın atası Babay kişi olub, torpağa dair şəhadətnamədə atasının adı Baba kimi səhv yazılıb, həmçinin Fəzilətin adı Fazılət kimi səhv yazılıb. Məhkəmə ərizəçilərin nümayəndəsi Nümayəndə və şahid X4 dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-006A KOD 30321148 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 26 oktyabr 1997-ci il tarixli 07 saylı qərarı ilə Quba rayonu, Püstəqasım kəndi ərazisindən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 0.28 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Püstəqasım kənd sakinləri Ərizəçi1, Ərizəçi2, , X5 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin və AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1947-ci ildə doğulub adı-Şahbaba soyadı-Məmmədov, ata adı-Babay qeyd olunub. Quba rayonu, Rusov İƏD (Püstəqasım kəndi) qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin və AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1952-ci ildə doğulub adı- Fəzilət, soyadı-Məmmədova, ata adı Fətəli qeyd olunub. Quba rayonu, Rusov İƏD (Püstəqasım kəndi) qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-006A KOD 30321148 saylı Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının 26 oktyabr 1997-ci il tarixli 07 saylı qərarı ilə Quba rayonu, Püstəqasım kəndi ərazisindən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 0.28 ha həyətyanı torpaq sahəsi Quba rayonu, Püstəqasım kənd sakinləri Ərizəçi1, Ərizəçi2, X5 və X2 mülkiyyətinə verilib, lakin Şəhadətnamədə Ərizəçi1 əvəzinə, səhvən Ərizəçi1 Baba oğlu, Ərizəçi2 əvəzinə, səhvən X1 yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-006A KOD 30321148 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə JN-006A KOD 30321148 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-006A KOD 30321148 saylı Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1450/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1450/2022
28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver