Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1451/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 nümayəndəsi Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, X9, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məhkəməyə ərizə ilə müraciət edərək, JN-120 KOD 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X19 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X9, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 ərizələrini onunla əsaslandırmışdır ki, şəxsiyyətlərini müəyyən edən sənədlərdə soyadları, adları və ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 qeyd olunmuşdur. Quba rayon AİK-nın 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə onlara və digər ailə üzvləri, X6 və X3 Quba rayonu, Rustov kəndi ərazisindən 2,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və onların adına JN:120 Kod 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X23 verilmişdir. JN: 120 Kod 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X20 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi6 və Ərizəçi8 ad və ata adları düzgün yazılsa da, soyadları Osmanov (Osmanova) əvəzinə Kərimov (Kərimova), Ərizəçi4 ata adı düzgün yazılsa da, soyadı Osmanova əvəzinə Kərimova, Azadə əvəzinə Azada kimi, Ərizəçi5 adı düzgün qeyd olunsada, soyadı Osmanov əvəzinə Kərimov, atasının adı Elxan əvəzinə səhvən Əlixan, Ərizəçi7 adı düzgün yazılsa da, soyadı Osmanov, əvəzinə Kərimov, atasının adı Fərhad əvəzinə Elxan kimi səhvən yazılmışdır. Bu fakt ərizəyə əlavə edilmiş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyin 285 18 mart 2021-ci il tarixli arayışı ilə də təsdiq olunur. Digər mülkiyyətçilər-X6 14.01.2013-cü il tarixdə, X7 isə 25.03.2017-ci il tarixdə vəfat ediblər. Qeyd edirlər ki, Osmanova soyadı anaları X2 qızlığ soyadıdır. Bundan başqa soyad, ad və ata adının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 olması ərizəyə əlavə etdikləri şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri və nikahın bağlanması haqqında şəhadətnamələrlə də öz təsdiqini tapır. Hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyirlər. Lakin JN: 120 Kod 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X20 ad və ata adında olan yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüquqları məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın saylı Ərazi İdarəsinə müraciət edilib. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi 05 aprel 2021-ci il tarixli məktubu ilə onlara qeyd olunan sənəddə olan ad və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd edilib ki, JN:120 Kod 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X21 verən Azərbaycan Respublikası DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olub. Həmçinin, JN 120 Kod 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X19 əsili naməlum şəraitdə itmişdir. Dövlət aktının tapılması üçün Quba RPŞ-nə müraciət edilib. X22 itmiş və ya tapılmış əşya kimi Quba RPŞ- nə daxil olmamışdır.Bundan başqa Dövlət Aktının itməsi barədə qəzetə elan verilib. Ərizəçilər göstərilənləri nəzərə alaraq, JN-120 KOD 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X19 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi4 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi5 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi6 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmədə Ərizəçi7 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmədə Ərizəçi8 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi2 nümayəndəsi Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan JN 120 Kod 30321168 Torpağa mülkiyyət hüququna X19 təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Quba rayonu, Kələbağ kənd sakinləri X8, X7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.21 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı 05.04.2020-ci il tarixli məktubda Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan Vİ-ЖГ 337285 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Osmanov X4 Sevinc Cabir qızı arasında Quba rayonu Rustov sovetliyi üzrə nümayəndəliyində 09.01.1993-cü il tarixində nikah bağlanmış, 02 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan AЗ ******* seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi1 yazılmış, o, xx.xx.1969-cu ildə Quba rayonu Rustov kəndində anadan olmuşdur. İşdə olan XVİİ-ЖГ 402752 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi5 yazılmış, o, xx.xx.1993-cü ildə Quba rayonu Rustov kəndində anadan olmuşdur. İşdə olan XVİİİ-ЖГ 412944 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi7 yazılmış, o, xx.xx.1994-cü ildə Quba rayonu Rustov kəndində anadan olmuşdur. İşdə olan AЗ ******* seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi4 yazılmış, o, xx.xx.1966-cı ildə Quba rayonu Rustov kəndində anadan olmuşdur. İşdə olan AЗ ******* seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi3 yazılmış, o, xx.xx.1963-cü ildə Quba rayonu Rustov kəndində anadan olmuşdur. İşdə olan AЗ ******* seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında X10 yazılmış, o, xx.xx.1967ci ildə Quba rayonu İİ Nügədi kəndində anadan olmuşdur. İşdə olan AZ-İ 599993 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 14.01.2013-cü ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 04.02.2013-cü ildə 11 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 858818 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 25.03.2017-ci ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 03.04.2017-ci ildə 16 nömrə ilə qeyd edilmişdir. İşdə olan Quba rayonu İHB-nın Rustov İƏD-si üzrə nümayəndəliyinin 18.03.2021-ci il tarixli 285 nömrəli arayışından məlum olur ki, mərhum X1 rayonu Rustov kəndində daimi qeydiyyatda olub, həmin kəndddə yaşayıb və aşağıdakı ailə tərkibi vardır; arvadı-X7, 25.03.2017-ci il tarixdə vəfat edib, qızı-Ərizəçi2, qızı-Ərizəçi3, qızı- Ərizəçi4, oğlu-Ərizəçi1, oğlu-X5. İşdə olan Quba rayonu İHB-nın Rustov İƏD-si üzrə nümayəndəliyinin 16.04.2021-ci il tarixli 366 nömrəli arayışından məlum olur ki, Ərizəçi1 Quba rayonu Rustov kəndində daimi qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İşdə olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ad, soyad, ata adı qrafasında Ərizəçi1; AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ad, soyad, ata adı qrafasında Ərizəçi7; AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ad, soyad, ata adı qrafasında Ərizəçi6; AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ad, soyad, ata adı qrafasında Ərizəçi5; AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ad, soyad, ata adı qrafasında Ərizəçi8; AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ad, soyad, ata adı qrafasında Ərizəçi4; AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ad, soyad, ata adı qrafasında Ərizəçi3; yazılıb. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-120 KOD 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X19 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-120 KOD 30321168 saylı Torpağa Mülkiyyət Hüququna X19 Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X9, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məxsus olması hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1451/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1451/2021
21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver