Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-146/2023 16.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi və Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı X4nun faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Məhkəməyə müraciət edərək, Quba şəhərində anadan olmuş 04 may 1972-ci il təvəllüdlü X4 oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X2 və atası X7 birgə nikahlarını qeyd edərək ailə qurublar. Birgə nikahlarından o, Ərizəçi və qardaşları X15, X16 adlı övladları dünyaya gəlmişdir. Qardaşı 04 may 1972-ci il təvəllüdlü X15 ikinci qrup əlildir, əmək qabiliyyəti yoxdur. X3 yataq xəstəsi oluğundan atası X7 15 oktyabr 2007-ci il tarixindən vəfat etdiyindən qardaşının əmək qabiliyyəti olmadığından qardaşına o, baxır. Qardaşı əqli inkişafdan geri qalmışdır. Onun daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Mütəmadi olaraq müalicə və müayinə olunur. Qardaşı X1. Şahidin kənar adam olmadan yaşaması mümkün deyildir. O, öz fikrini ifadə edə bilmir. İllər keçdikcə qardaşının problemləri artır, onu idarə edə bilmək daha da çətinləşir. Sənədləşmə zamanı qardaşı özünü ifadə edə bilmədiyi üçün imza edə bilmir. Odur ki, qardaşı 04 may 1972-ci il təvəllüdlü X15 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi X19 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X15 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. X2, atası isə X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X2, atası isə X6r İş materiallarında olan arayışından görünür ki, X15 İİ qrup əlildir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci il tarixdə Quba rayonu, Zərqava kəndində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 3283 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X11 “ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK. DAVRANİŞ POZUNTULARİ İLƏ” (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının 12 saylı arayışına əsasən İİ dərəcə əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyinin pozulması, davranışının qeyriadekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X11 orta dərəcəli əqli gerilik, davranış pozuntulan ilə müəyyən edilir. Yoxlanılan şəxs X21 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ş.N.Məmmədov öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni qardaşı xx.xx.1972ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1972-ci il tarixdə Quba şəhərində anadan olmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-146/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-146/2023
16.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver