Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-146/2025 28.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, övladları xx.xx.1994-cü il təvəllüdlü X14 və xx.xx.1994-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladları xx.xx.1994-cü il təvəllüdlü X14 və xx.xx.1994-cü il təvəllüdlü X15 “Oliqofreniya kəskin debillik” diaqnozu əsasında kənar şəxsin qulluğuna ehtiyacı olan birinci dərəcəli ömürlük əlil hesab edilmişdir. Sağlamlıq vəziyyətləri ağır olduğu üçün onları ailə üzvü olaraq həyat yoldaşı X3 ilə o, himayə edir, hazırda da onlara qulluq edir. Birinci dərəcəli əlil olaraq, onların daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacları vardır. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailələri bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməmələri, öz mənafelərini qoruya bilməmələri səbəbindən onların fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X14 və X15 25 sentyabr 1994-cü il tarixdə Quba rayonu, Küpçal kəndində anadan omuş, ataları X3, anaları Ərizəçidır. İş materiallarında olan Vİ-ЖГ seriyalı 337153 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 27 dekabr 1992-cı il tarixdə nikah bağlamışdır. X1 “Abdulova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dai məlumat çıxarışlarından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X14 və xx.xx.1994-cü il təvəllüdlü X12 müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Quba Rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2024-cü il tarixli, PHŞ/6.56-2-A- 42xx-xx-2024 saylı arayışından görünür ki, X12 ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Quba Rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2024-cü il tarixli, PHŞ/6.56-2-A- 42xx-xx-2024 saylı arayışından görünür ki, X13 orta dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi X11 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3172 saylı rəyindən görünür ki, X8 orta dərəcəli əqli gerilik müəyyən edilir. Mülki işdə təqdim edilmiş tibbi sənədlərə əsasən X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X14 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi X11 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3173 saylı rəyindən görünür ki, X9 ağır dərəcəli əqli gerilik qeyd olunur. X9 əqli gerilik ağır dərəcədə özünü büruzə verdiyindən, həmçinin onun kənar şəxsin qulluğuna ehtiyacı olduğundan belə qənaətə gəlmək olar ki, yoxlanılan şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1994-cü il təvəllüdlü X10 və xx.xx.1994cü il təvəllüdlü X7 anasıdır. X10 və X7 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 xx.xx.2024-cü il tarixli, 3172 saylı və xx.xx.2024-cü il tarixli, 3173 saylı rəyləri ilə müəyyən edilmişdir ki, X8 orta dərəcəli əqli gerilik ilə və X9 ağır dərəcəli əqli gerilik formasında psixi xəstəlikdən əziyyət çəkmələri aşkar olunur. X10 və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələrinə kifayət qədər əsaslar var. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03 sentyabr 1987-ci il təvəllüdlü X4 və 18 may 1989-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X14 və xx.xx.1994-cü il təvəllüdlü X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1994-cü il təvəllüdlü X10 və xx.xx.1994-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyumluq müəyyənləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-146/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-146/2025
28.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver