Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1461/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qı və üçüncü şəxs Quba regional ASAN Xidmət Mərkəzi Notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik üzrə payın müəyyən edilməsinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qı və üçüncü şəxs Quba regional ASAN Xidmət Mərkəzi Notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik üzrə payın müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. xx xxxx 2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə daxil olmuş ərizədən görünür ki, hazırki iş üzrə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin əsillərinin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 qı və üçüncü şəxs Quba regional ASAN Xidmət Mərkəzi Notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik üzrə payın müəyyən edilməsinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1461/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1461/2020
05.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver