Məhkəmə qərarları › İş №2(027)-1462/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1462/2020

21.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1462/2020 21.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh-nə qarşı “hərrac aktının ləğv edilməsi və mənzilin bankın hesabından çıxarılması” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh-nə qarşı “hərrac aktının ləğv edilməsi və mənzilin bankın hesabından çıxarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki işə məhkəmədə baxılmağa hazırlanarkən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdehnin hüquqi ünvanı Bakı şəhərindədir. Məhkəmə iddia ərizəsini və mülki işi nəzərdən keçirərək, hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-35.2-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh-nə qarşı “hərrac aktının ləğv edilməsi və mənzilin bankın hesabından çıxarılması” tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Quba şəhərində baxılmalı olmadığından geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh-nə qarşı “hərrac aktının ləğv edilməsi və mənzilin bankın hesabından çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara aidiyyəti üzrə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları olmaları izah olunsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar