Məhkəmə qərarları › İş №2(027)-1465/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1465/2020

19.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1465/2020 19.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X2 və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin, çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X2 və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin, çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X1 və Xaçmaz rayon 1 saylı Notariat Kontorunun nümayəndəsləri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinə dair rəsmi sənəd təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(027)-1465/2020 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X2 və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin, çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 izah edilsin ki, onlar, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar