Məhkəmə qərarları › İş №2(027)-1466/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1466/2020

07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1466/2020 07.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 nümayəndəsi həm də Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı X9rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon X3 xx xxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş 775F kod 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Quba rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş JN-12xx xxx 30320018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Ərizəçi3 nümayəndəsi həm də Ərizəçi2 göstərdi ki, Quba rayon X3 xx xxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə bizə və ailə üzvlərinə JN-775F kod 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə adları “Ərizəçi2” əvəzinə səhvən “X4”, “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 İlbaham qızı”, “X5” əvəzinə səhvən “X6” və “X7” əvəzinə səhvən “X8” kimi qeyd olunmuşdur. Quba rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə JN-12xx xxx 30320018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin Dövlət Aktında adları “Ərizəçi2” əvəzinə səhvən “X4”, “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 İlbaham qızı”, “X5” əvəzinə səhvən “X6”, “Ərizəçi3” əvəzinə səhvən “Ərizəçi3 İlbaham qızı” və “X7” əvəzinə səhvən “X8” kimi qeyd olunmuşdur. Qeyd edir ki, adlarına verilmiş doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində ad, soyad və ata adımız Ərizəçi2, Ərizəçi1, X5 və X1 qeyd olunmuşdur. Dövlət Aktında və Şəhadətnamədə qeyd olunan X4, Ərizəçi1 İlbaham qızı, X6, X8 və Ərizəçi3 İlbaham qızı səhv olaraq qeyd olunmuşdur.Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmirlər. Göstərilənləri nəzərə alaraq, Quba rayon X3 xx xxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş 775F kod 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Quba rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş JN-12xx xxx 30320018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı X2 müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı X11 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi3 nümayəndəsi həm də Ərizəçi2 Mirzəşa oğlunu dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan “Torpağa mülkiyyət hüququna dair” JN-12xx xxx 30320018 nömrəli Dövlət aktının surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kənd sakinləri Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 və digərlərinə Quba rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 1.26 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-775F kod 30319018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kənd sakinləri Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 və digərlərinə Quba rayon X3 xx xxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 0.09 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı X11 Ərizəçi2 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1992-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olub. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olub. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1959-cu ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olub. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon X3 xx xxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş 775F kod 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Quba rayon X3 xx xxxxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş JN-12xx xxx 30320018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktını müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin olunsun. 775F kod 30319018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və JN-12xx xxx 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar