Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-147/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.1987-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəsi baxılmamış saxlayır. Göstərilənləri və tərəflərin məhkəmənin çağırışına gəlməmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iddiaçının iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad 100 manat məbləğində dövlət rüsumunun (xx.xx.2024-cü il tarixli, qəbzin nömrəsi: **********) ödənişi edən Ərizəçi qaytarılması üçün əsasdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-147/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-147/2025
19.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver