Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1472/2022 09.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə1 iştirakı ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X30 şəxsin 2 saylı regional ərazi filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 01 iyul 1944-cü ildə Quba rayonu, Təngəaltı kəndində doğulmuş və 18 aprel 2021-ci il tarixdə həmin kənddə vəfat etmiş X11 məxsus İ-İE 710678 saylı xx.xx.1961-ci il tarixli doğum haqında şəhadətnamə, AZ 173905 saylı xx.xx.1971-ci il tarixli evlənmək haqqında şəhadətnamə və AZ-İİ 181247 saylı xx.xx.2021-ci il tarixli olüm haqqında şəhadətnamədə qeyd olunan X16 ilə Quba rayon Polis Şöbəsi ŞV bölməsi tərəfindən 25 avqust 2005-ci il tarixdə verilmiş AZE N°3608850 saylı şəxsiyyət vəsiqəsində və onun əsasında verilmiş təqaüd sənədlərində qeyd olunan X5 eyni şəxs olması və X2 qeyd edilərək Quba rayon Polis Şöbəsi ŞV bölməsi tərəfindən 25 avqust 2005 ci il tarixdə verilmiş AZE N°3608850 saylı şəxsiyyət vəsiqəsinin və onun əsasında tərtib olunmuş təqaüd sənədlərinin X11 məxsus olmasına dair hüquqi əhəmiyyəti faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X16 ilə xx.xx.1971-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş və ərinin soyadı olan Əlimirzəyeva soyadını qəbul etmişdir. X7 01 iyul 1944-cü il tarixdə Quba rayonu, "Təngəaltı kəndində doğulmuş, 18 aprel 2021-ci il tarixdə Quba rayonu, Təngəaltı kəndində vəfat etmişdir. X1 doğum, evlənmək və ölüm haqqında şəhadətnamələrində adı, soyadı və ata adı düzgün olaraq X16 qeyd edilmiş, Quba rayon Polis Şöbəsi ŞV bölməsi tərəfindən 25 avqust 2005-ci il tarixdə verilmiş AZE N23608850 saylı şəxsiyyət vəsiqəsində isə soyadı və adı düzgün qeyd olunsa da, atasının adı Cami əvəzinə səhvən əmisinin adı ilə Cəlil kimi qeyd olunmuşdur. İsmayıl Əlimirzəyevin ata adının Cami olması ərizəsinə əlavə etdiyi doğum, evlənmək, ölüm haqqında şəhadətnamələr, oğlunun doğum haqqında şəhadətnaməsi ilə də təsdiq olunur. O, hal-hazırda əri İsmayıl Əlimirzəyevin təqaüdünün ailə başçısını itirmiş kimi əmək pensiyası təyin edilməsini istəyir. Bunun üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X30 şəxsin 2 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin əri İsmayıl Əlimirzəyevin şəxsiyyət vəsiqəsində ata adı Cami əvəzinə səhvən Cəlil kimi yazıldığından, eləcə də İ.Əlimirzəyevin təqaüd sənədlərində də şəxsiyyət vəsiqəsinə əsasən ata adı səhv olaraq Cəlil qeyd olunduğundan əri İsmayıl Əlimirzəyevin təqaüdünün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edir ki, İsmayıl Əlimirzəyevin atası X14 1900cü ildə Quba rayonu, Təngəaltı kəndində doğulmuş və 25 aprel 1967-ci il tarixdə həmin kənddə vəfat etmiş, Əlimirzəyevin əmisi X12 1885-ci ildə Quba rayonu, Təngəaltı kəndində doğlulmuş və 1948-ci il tarixdə həmin kənddə vəfat etmişdir. X4 İsmayıl adlı övladı olmamışdır. Qeyd edir ki, Quba rayon Polis Şöbəsi ŞV bölməsi tərəfindən 25 avqust 2005-ci il tarixdə verilmiş AZE N23608850 saylı şəxsiyyət vəsiqəsi AZ-İİ 181247 saylı xx.xx.2021-ci il tarixli olüm haqqında şəhadətnamə verilərkən təqdim olunmuş və onlarda surəti qalmamışdır. Sonradan Ərizəçi tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, X2 qeyd edilərək Quba rayon Polis Şöbəsi ŞV bölməsi tərəfindən 25 avqust 2005-ci il tarixdə verilmiş AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin və onun əsasında tərtib olunmuş təqaüd sənədlərinin X11 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mbahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi Publik Hüquqi şəxsin 2 saylı regional ərazi filialının nümayəndəsi Nümayəndə2 ərizəyə etiraz təqdim edərək, ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslndırılmışdır ki, hazırkı işdə hüquq müəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəlməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi L.M.Əlimirəzyeva lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etmməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X30 şəxsin 2 saylı regional ərazi filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında İE seriyalı 710678 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X16 1.07.1944-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan A3 seriyalı 173905 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X15 xx.xx.1971-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında İ-JQ seriyalı 395574 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X17 ilə Ərizəçi birgə nikahlarından xx.xx.1972-ci il tarixdə X18 anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 181247 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə verilmiş AZE 03608859 nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, İsmayıl Əlimirzəyevin ata adı Cəlil qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəsinin 21 aprel 2022-ci il tarixli 137№li arayışından görünür ki, X3 rayonu, Təngəaltı kəndində yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra vərəsələri arvadı Ərizəçi, oğlu Nümayəndə1, qızı İsmiyeva (X9, qızı Məmmədova (Əlimirzəyeva) Esmira İmayıl qızı qalmışlar. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X30 Şəxsin 2 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********9 saylı məktubundan görünür ki, X6 mərhum əri X13 olduğu halda nikah sənədində Cami oğlu yazıldığı üçün Ərizəçi ailə başçısını itirməyə görə əmək pensiaysı təyin etmək mümkün olmamışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla xx.xx.2005-ci il tarixdə X10 Quba RPŞ tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi həmin şəxsiyyət vəsiqəsində İsmayıl Əlimirzəyevin ata adının Cəlil kimi səhv qeyd olunması, X16 xx.xx.2021-ci il tarixdə ölməsi, ərizəçi X6 X8 vərəsəsi olması, sənədlərdə uyğunsuzluq olduğundan ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan Quba rayon Polis Şöbəsi tərəfindən 25 avqust 2005-ci il tarixdə verilmiş AZE № 03608859 saylı şəxsiyyət vəsiqəsinin və onun əsasında tərtib olunmuş təqaüd sənədlərinin X11 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Quba rayon Polis Şöbəsi tərəfindən 25 avqust 2005-ci il tarixdə verilmiş AZE № 03608859 saylı şəxsiyyət vəsiqəsinin və onun əsasında tərtib olunmuş təqaüd sənədlərinin X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1472/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1472/2022
09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver