Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1478/2020 26.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-290B saylı, Kod 30306018 saylı və JN-290A saylı, Kod 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə onlara Torpağın Mülkiyyətə Verilməsinə dair JN-290B saylı, Kod 30306018 saylı və JN-290A saylı, Kod 30306018 saylı Şəhadətnamələrə əsasən onlara fərdi yaşayış evinin tikintisi üçün Quba rayonu, Alpan kəndi ərazisindən 0.11 ha və 0.02 ha torpaq sahəsi verilmişdir. Lakin, JN-290B saylı, Kod 30306018 saylı və JN-290A saylı, Kod 30306018 saylı Şəhadətnamələrdə onların adı, soyadı və ata adları səhv göstərilmişdir. Belə ki, JN-290B saylı, Kod 30306018 saylı və JN-290A saylı, Kod 30306018 saylı Şəhadətnamələrdə “Ərizəçi1” əvəzinə səhvən “Balakişiyev Nazir Vəkil oğlu” kimi, “Ərizəçi2” əvəzinə isə səhvən “X1” olaraq qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin, Şəhadətnamələrdə adları və soyadları doğru yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komiktəsi ləğv edildiyindən şəhadətnamədəki yanlışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçi və maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1936-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun adı və soyadı Ərizəçi1 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki Ərizəçi2 xx.xx.1937-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun adı və soyadı Ərizəçi2 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilmsəinə dair Şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən xx.xx.2002-ci il tarixdə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-290B saylı, Kod 30306018 saylı Şəhadətnamə tərtib edilərək 0.11 ha və Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 290B saylı, JN-290A saylı, Kod 30306018 saylı Şəhadətnamə tərtib edilərək 0.02 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1 və Ərizəçi2 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən xx.xx.2002-ci il tarixdə 0.02 ha və 0.11 torpaq sahələri verilmiş və bununla əlaqədar Torpağın Mülkiyyətə Verilməsinə dair JN-290B saylı, Kod 30306018 saylı və JN-290A saylı, Kod 30306018 saylı Şəhadətnamələr tərtib edilmişdir. Həmin Şəhadətnamələrdə “Ərizəçi1” əvəzinə səhvən “Balakişiyev Nazir Vəkil oğlu” kimi, “Ərizəçi2” əvəzinə isə səhvən “X1” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-290B saylı, Kod 30306018 saylı və JN-290A saylı, Kod 30306018 saylı Şəhadətnamələrin onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-290B saylı, Kod 30306018 saylı və JN-290A saylı, Kod 30306018 saylı Şəhadətnamələrin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-290B saylı, Kod 30306018 saylı və JN-290A saylı, Kod 30306018 saylı Şəhadətnamələrin Ərizəçi1 və Ərizəçi2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1478/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1478/2020
26.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver