Məhkəmə qərarları › İş №2(027)-148/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-148/2022

06.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-148/2022 06.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-0019 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X1, X6, X8 ilə yanaşı ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdir ki, onlar bir ailə olmaqla, X9, X3, X4 və Ərizəçi Quba Rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0019 KOD 30311058 nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,28 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN- 0019 KOD 30311058 saylı Dövlət Aktında onun adı səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0019 KOD 30311058 saylı Dövlət Aktında onun adı Ərizəçi əvəzinə səhvən X2 yazılmışdır. Dövlət Aktında adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********87 nömrəli 26 avqust 2021-ci il tarixli imtina məktubu alıb. O, Dövlət Aktında olan yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, JN-0019 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X1, X6, X8 ilə yanaşı ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X10 bildirdi ki, Ərizəçi onun həm qohumu, həm də həmkənlisidir, uşaqlığdan bir kənddə böyüyüblər. Onun adı “Raman ” yox “Ramin” dir. Dövlət Aktında adı səhv yazılıb. Məhkəmə Ərizəçi və şahid X5 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0019 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X18 təsdiq edilmiş surətindən görünür ki, Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.28 ha torpaq sahəsi Quba rayonu Dəlləkli kənd sakinləri X11, X6, X8 və X7 mülkiyyətinə verilib. İş materiallarında olan Vİİ-ЖГ 459779 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Quba rayonunda anadan olmuşdur, doğum haqqında akt qeydləri kitabında 13.11.1981-ci il tarixli 89 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, vəsiqənin ad, soyad ata adı qrafalarında “Ərizəçi” oğlu yazılmışdır. İş materiallarında olan Quba rayonu Vladimirovka İƏD-si üzrə nümayəndəliyinin 16.03.2021ci il tarixli 322 nömrəli arayışından görünür ki, JN-0019 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X19 Ərizəçi adı səhv olaraq, X2 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 26.08.2021-ci il tarixli məktubda JN-0019 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X19 ad və soyadlarında, ata adlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-0019 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X1, X6, X8 və Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-0019 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X1, X6, X8 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar