Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1487/2020 26.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı qərara əsasən abonent koduna vurulmuş 260 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin may ayının 20-də Cavabdehnin Tabeçiliyində olan X1 istismar İdarəsinin Quba X.S-nin əməkdaşları tərəfindən onun iştirakı ilə onun istifadə etdiyi Quba şəhər Qəçrəş yolu yaşayış massivində olan qaz xəttinə qoşulmuş və istifadədə olan Elster C-4tT tipli ******* №-li qaz sayğacı çıxarılmış, yerinə yenisi qoşulmuşdur. Bundan sonra cavabdeh tərəfindən bildirilmişdir ki, həmin sayğac qaz sayğacları komissiyası tərəfindən yoxlanmadan keçirilmiş və verilmiş rəyə əsasən guya sayğacın çıxış plostmast borusu kənar təsir nəticəsində oturacaqdan aralanmışdır. Ona görə də, xx.xx.2020-il tarixdə tərtib olunmuş ******* №- li akta uyğun qərar qəbul edilərək göstərilən 2163 kub m qaz itirilmiş hesab edilərək dəyəri olan 216 manat debitor hesablanmış və həmin borcun ödənilməsi ondan tələb edilmişdir. Onu da qeyd etmişdir ki. yuxarıda qeyd edilən Quba şəhərindəki evdə daimi yaşayış yoxdur. Ev əsasən yay aylarında ailəsi tərəfindən bir ay yarım-2 ay ərzində istifadə olunur. Həmçinin Quba qaz idarəsinin əməkdaşları onun iştirakı ilə sayğacı dəyişərkən müəyyən edilən və ona göstərildikdən sonra tərib etdikləri akta sayğacın plastmas hissəsi yüksək hərarətin təsirindən əriməsi qeyd edildiyi halda, qaz sayğacı komissiya tərəfindən yoxlanılmasından sonra yuxarıda qeyd edilən aktla uzlaşmayan: “Plostmass borusu kənar təsir nəticəsində oturacaqdan aralanmışdır” qeyd edilmişdir. 2019-cu ilin axırlarına yaxın müddətdə həqiqətən onlara məxsus qaz sayğacı naməlum səbəbdən alovlanmışdır. Bu barədə qonşuluqda yaşayan “Elnur” adında şəxs gece saat 01 radələində onu yuxudan oyadaraq məlumat vermişdir. Həmin anda o, 185 saylı qəza xidmətinə məlumat vermişdir. Ertəsi gün Quba qaz idarəsi əməkdaşları gələrək plombu çıxararaq sayğacın çıxış borusunu açdıqda bildirdilər ki, "prokladka” yanıb həmin hissəni dəyişdirdikdən sonra qaz istismarı bərpa edilmişdir. Bildirirmişdir ki, qaz sayğacına onlar tərəfdən heç bir müdaxilə olunmamışdır. Bundan əlavə qaz istismar idarəsinin nəzarətçisi azı ayda 1 dəfə qaz sayğaclarına baxış keçirir, qaz sərfiyyatı barədə bildiriş tətrib edilir və sərfiyyat borcu mütamadi olaraq ödənilmişdir. Həmçinin qaz sayğacı evdən kənarda, giriş qapısından 15 metr aralıda küçədə quraşdırılmışdır, sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət həmçinin eləcə də daimi yaşayış olmadığı üçün imkanları xaricindədir. Sayğaca cavabdeh tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq baxış keçirildiyindən sayğacda olan zədələnmələr, qüsur və digər nasazlığa görə o, məsuliyyətl daşımır, eyni zamanda qeyd edir ki, evdə daimi yaşayış olmadığından 2160 kub metr miqdarında təbii qazın tərələrindən itirilməsi inandırıcı deyil. X1 istismar idarəsi Quba XS-nin tərtib etdıyi ******* №-li akta və Cavabdeh nəzarət komisiyyasından verilmiş rəydə yuxarıda qeyd edilən uyğunsuzluqlar aydınlaşdırılmadan, heç bir qanuni əsas olmadan onun abonent koduma yüklənmiş 216 manat məbləğində əsassız borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı qərara əsasən abonent koduna vurulmuş 216 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba şəhəri, Qəçrəş yolu massivində yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********26 qeydiyyat nömrəsi ilə xx xxxxx 2012-ci il tarixdə qeydiyyata alınmaqla, onun xüsusi mülkiyyətindədir. İş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğacın çıxış plastmas borusu oturacaqdan aralanıb, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə sayğaca baxış keçirərkən sayğacın çıxış plastmas borusu oturacaqdan aralanması, sayğacdan qaz keçirməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi barədə ******* nömrəli akt, həmin akt əsasında isə Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçının **********00660 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********00660 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1487/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1487/2020
26.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver