Məhkəmə qərarları › İş №2(027)-1491/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1491/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1491/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş 0.05 ha torpaq sahəsinə dair adımıza tərtib olunmuş JN 171F Kod 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə X3 Ulduzə Hacı qızı və Məmmədova (Qədirova) Nuranə Tahir qızına məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar islahat Komissiyasının 22 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə Ərizəçi1, Məmmədova (Qədirova) Nuranə Tahir qızına və digər mülkiyyətçi olan ailə üzvləri X9, X6 Quba rayonu, Timiryazev kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.05 ha həyətyanı torpaq sahəsi verilmiş və adlarına JN 171F Kod 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə digər mülkiyyətçilərin soyadı, adı və ata adı düzgün yazılmış, Ərizəçi1 soyadı və ata adı düzgün yazılmış, adı Ulduzə əvəzinə səhvən Ulduz kimi, Məmmədova (Qədirova) Nuranə Tahir qızının soyadı və ata adı düzgün yazılsa da, adı Nuranə əvəzinə səhvən Nurlanə kimi qeyd olunmuşdur. Soyad, ad və ata adının Ərizəçi1 və X8 olması şəxsiyyət vəsiqələrimizin surəti ilə də təsdiq olunur. Hazırda qeyd olunan həyətyanı torpaq sahəsinə dair Reyestr Çıxarışı almaq istəyirik. Lakin JN 171F Kod 30304048 saylı Torpağın Mülkiyyətə X2 yalnışlığa görə həmin torpaq sahəsinə dair bizim sərəncam vermək hüququmuz məhdudlaşmışdır. Bunula bağlı hüquqmüəyyənedici sənədləri AR iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKvə Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təqdim etmişik. Lakin bizə xx.xx.2021-ci il tarixli məktubu ilə ad və ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. JN 171F Kod 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməni verən AR DT və XK-İ ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Bu səbəbdən də JN 171F Kod 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə X3 Ulduzə Hacı qızı və X5 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər Ərizəçi2 və maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər Ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə Məmmədova (Qədirova) Nuranə Tahir qızı olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X8 arasında nikah xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Nuranə Qədirovaya “Məmmədova” soyadı verilmişdir. Həmin şəhadətnamədə onun adı, soyadı və atasının adı “X8” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə Ərizəçi1 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarına əsasən JN-171F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.05 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarına əsasən 0.05 ha torpaq sahəsi verilərək JN-171F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-171F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “X13” kimi, “X8” əvəzinə səhvən “X7” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən JN-171F KOD 30304048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilərlər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçilərin göstərdiyi hal, JN-171F KOD 30304048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair X1 və X11 ilə yanaşı, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Məmmədova (Qədirova) Nuranə Tahir qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-171F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə X3 Ulduzə Hacı qızı və Məmmədova (Qədirova) Nuranə Tahir qızına münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar