Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1497/2021 05.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi iştirakı ilə, Ərizəçilər Ərizəçi və X6 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi və X12 məhkəməyə ərizə ilə müraciət edərək, JN-0048, KOD 30324038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, Qeydiyyat Vəsiqəsinin və KOD 30319018, JN-2088 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara- Ərizəçi və X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə Quba rayon Birinci Nügədi kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 23 maert 1999-cu il tarixli, 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə onlara JN-139, KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,19 ha torpaq sahəsi ayrılmış və kod 30319018 JN-2088 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir. Eyni zamanda həmin fərdi yaşayış evinə 19 aprel 1988-ci il tarixdə 400 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Dövlət Aktı, Qeydiyyat Vəsiqəsi və Şəhadətnaməni alandan sonra məlum olmuşdur ki, Dövlət Aktında, Qeydiyyat Vəsiqəsi və Şəhadətnamədə adı Mirağa əvəzinə səhvən Mirzəağa, oğlunun adı Tural Mirzağa oğlu əvəzinə Turan Mirzəağa yazılmışdır. Lakin doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə adı Mirağa, oğlunun adı Tural Mirzağa oğlu yazılmışdır. Torpaq sahəsinə və fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən şıxarış almaq məqsədi ilə müraciət etsə də, adlar düzgün yazılmadığından ərizənin qeydiyyatına imtina verilmişdir. Dövlət Aktını və Şəhadətnaməni verən orqan- Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ərizəçi X12 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Həmin şəhadətnamədə və şəxsiyyət onun adı “Mirağa” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 25..01.1982-ci il tarixdə anadan olmuşdur. Həmin şəhadətnamədə və şəxsiyyət onun adı və atasının adı “X12” olaraq qeyd edilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2088F KOD 30319018 saylı Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, X9, X12 və X4 Quba rayon AİK-nın 10.06.1997-ci il tarixli, 06 saylı qərarı ilə 0,19 hektar ölçüdə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. İş materiallarında olan 19.04.1988-ci il tarixli, 400 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən birmərtəbəli, üç otaqlı yaşayış otağından ibarət, ümumi sahəsi 100,25 kv.metr, o cümlədən yaşayış sahəsi və 61,95 kv.metr olan yaşayış evi Ərizəçi məxsusdur. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN 139 KOD 30319018 nömrəli Dövlət Aktının surətindən görünür ki, Quba rayonu AİK-nın 23.03.1999-cu il tarixli, 07 saylı qərarı ilə Ərizəçi, X9, X12, X2 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,81 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi, X8 və onların ailə üzvlərinə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2088F KOD 30319018 saylı Şəhadətnamə əsasında Quba rayon AİK-nın 10.06.1997-ci il tarixli, 06 saylı qərarı ilə 0,19 ha torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN 139 KOD 30319018 nömrəli Dövlət Aktı əsasında Quba rayonu AİK-nın 23.03.1999-cu il tarixli, 07 saylı qərarı ilə 0,81 ha torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə və Dövlət Aktında “Ərizəçi” əvəzinə səhvən “X5”, “X12” əvəzinə səhvən “X11” kimi qeyd olunmuşdur. Bundan başqa, 19.04.1988-ci il tarixli, 400 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən birmərtəbəli, üç otaqlı yaşayış otağından ibarət, ümumi sahəsi 100,25 kv.metr, o cümlədən yaşayış sahəsi və 61,95 kv.metr olan yaşayış evi Ərizəçi məxsusdur. Həmin qeydiyyat vəsiqəsində “Ərizəçi” əvəzinə səhvən “X13” olaraq qeyd edilmişdir. Ərizəçi və X12 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 2088F KOD 30319018 saylı Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN 139 KOD 30319018 nömrəli Dövlət Aktının onlara və 19.04.1988-ci il tarixli, 400 nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2088F KOD 30319018 saylı Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN 139 KOD 30319018 nömrəli Dövlət X1 və X10 ilə yanaşı, Ərizəçi və X8, 19.04.1988-ci il tarixli, 400 nömrəli qeydiyyat vəsiqəsinin isə Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər X14 və X3 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2088F KOD 30319018 saylı Şəhadətnamənin Ərizəçi və X8 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN 139 KOD 30319018 nömrəli Dövlət Aktının Ərizəçi və X8 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. 19.04.1988-ci il tarixli, 400 nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1497/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1497/2021
05.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver