Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-151/2020 25.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “ümumi paylı mülkiyyətdən payın naturadan ayrılması və miras payının müəyyən edilərək ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən “torpağın mülkiyyətə verilməsinə dair” JN-178A, kod 30302018 saylı Şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətdə olan 0.12 ha həyətyanı torpaq sahəsindən onlar - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylarının müəyyən edilərək naturada ayrılması və həmin torpaq sahəsindən ataları X9 çatan hissədən, miras qalmış paydan onun yəni, İddiaçı1 miras payının barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, iddiaçılar iddianın dəqiqləşdirilməsin ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən “torpağın mülkiyyətə verilməsinə dair” JN- 178A, kod 30302018 saylı Şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətdə olan 0.12 ha həyətyanı torpaq sahəsindən onlar - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylarının müəyyən edilərək naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, yaşadıqları Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən yaşayış evinin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi “torpağın mülkiyyətə verilməsinə dair” JN-178A, kod 30302018 saylı Şəhadətnaməyə əsasən məhrum ataları X6, Cavabdeh1, Cavabdeh2, onlar - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi paylı mülkiyyətindədir. Ataları xx.xx.2004-cü ildə, anaları X3 xx.xx.1992-ci ildə vəfat etmişdir. Atalarının vəfatından sonra 8 vərəsəsi qalmışdır – Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, X1 və hal-hazırki iş üzrə iddiaçılardan İddiaçı1. Bacıları X1 xx.xx.2014-cü ildə vəfat etmişdir. Atasından miras qalmış evdə o və bacısı Rəsmiyyə yaşamışlar. Atasından qalmış mirası iddiaçılardan o – İddiaçı1 istifadə və sahiblik etməklə faktiki qəbul etmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-484/2005 saylı qətnaməsi ilə həmin evin ¼ hissəsinə onun, 1/3 hissəsinə isə bacısı Rəsmiyyənin vərəsəlik payı müəyyən edilmişdir. Miras evə vərəsəlik payları müəyyən edilsə də, həyətyanı torpaq sahəsinin aralarında bölünməsi üçün cavabdehlərlə razılıq əldə edə bilməmişlər. Bu səbəbdən də, həmin torpaq sahəsindən istifadə etməkləri qeyri-mümkün olmuşdur. Həyətyanı torpaq sahəsindən paylarının ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Qonaqkənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Qonaqkənd qəsəbə sakini İddiaçı1 həmin qəsəbədə yaşayır və ailə tərkibi: özü – xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1, həyat yoldaşı – xx.xx.1970-ci il təvəllüdlü X7 və oğlu – xx.xx.1995-ci il təvəllüdlü İddiaçı3 ibarətdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X11, Cavabdeh1, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən JN – 178A, KOD 30302018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, mərhum X2 rayonu, Qonaqkənd qəsəbəsində yaşamış və xx.xx.2004-cü ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində vəfat etmişdir. Vəfat etdikdən sonra onun vərəsələri : Cavabdeh4 (xx.xx.1952-ci il, daimi qeydiyyat), X10 (xx.xx.1954, qeydiyyat Şamaxa rayonu), Cavabdeh5 (xx.xx.1956, daimi qeydiyyat), Cavabdeh6 (xx.xx.1958, daimi qeydiyyat), İddiaçı1 (xx.xx.1970, daimi qeydiyyat), Cavabdeh7 (xx.xx.1960, daimi qeydiyyat), Cavabdeh1 (xx.xx.1966, daimi qeydiyyat), məhrum X6 həyat yoldaşı X3 xx.xx.1992-ci ildə və qızı X1 xx.xx.2014-cü ildə vəfat etmişlər. İş materiallarında olan Quba rayon VVAQ Şöbəsinin 0/8.04.2019-cu il tarixli arayışından görünür ki, X1 xx.xx.2014-cü ildə vəfat etmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2-484/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, mərhum X4 miras qalmış Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 40 kvş.m olan bir mərtəbəli, üç otaqlı evin ¼ hissəsinə İddiaçı1 , 1/3 hissəsinə Cavabdeh1 vərəsəlik payı müəyyən edilməsi qət edilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/222 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “torpağın mülkiyyətə verilməsinə dair” JN-178A, kod 30302018 saylı Şəhadətnaməyə əsaəsn Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0.12 ha torpaq sahəsinin naturada bölgüsü mümkündür. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən X11, Cavabdeh1, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2 və İddiaçı4 Torpağın Mülkiyyətə Verilməsinə dair JN-178A, kod 30302018 saylı Şəhadətnamə tərtib edilərək 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçılar Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən “torpağın mülkiyyətə verilməsinə dair” JN-178A, kod 30302018 saylı Şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətdə olan 0.12 ha həyətyanı torpaq sahəsinə paylarının müəyyən edilərək naturada ayrılmasını xahiş etmişlər. 01/222 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-178A, kod 30302018 saylı Şəhadətnaməyə əsaəsn Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0.12 ha torpaq sahəsinin naturada bölgüsü mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-178A, kod 30302018 saylı Şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, və İddiaçı4 Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə payları müyyən edilərək torpaq sahəsinin bölünməsi “xxxxxxxx” MMC-nin 01/222 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sexm əsasında naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-178A, kod 30302018 saylı Şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, və İddiaçı4 Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə payları müyyən edilsin və torpaq sahəsinin bölünməsi “xxxxxxxx” MMC-nin 01/222 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxem əsasında naturada ayrılsın. Qətnamədən bir ay müddətində Yasamal rayon Məhkəməsi vasitəsi Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-151/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-151/2020
25.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver