Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1510/2023 26.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, X14 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Kontoruna qarşı vəsiyyətnamənin qanuni hesab edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, 08 avqust 1997-ci il tarixli vəsiyyətnamənin ona məxsus olması və həmin vərəsəlik əsasında miras əmlakın qəbul etməyinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbi üzrə dəqiqləşdirmə ərizəsi təqdim edərək, ev vəsiyyətnaməsinin qanuni hesab edilməsi və onu X3 vəsiyyət üzrə vərəsəsi hesab edilməklə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 məxsus olmuş Quba rayonu, Alpan kəndində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarət ümumi sahəsi 74.3 kv.m olan fərdi yaşayış evi 08 avqust 1997-ci il tarixli vəsiyyətnamə əsasında mərhum Vaqif İsmayılov tərəfindən ona vəsiyyət edilmişdir. X3 ölümündən sonra Quba rayonu, Alpan kəndində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarət ümumi sahəsi 74.3 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakı onun tərəfindən idarə olunur və faktiki olaraq onun sahibliyindədir. Hazırda 08 avqust 1997-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisindən mirasın qəbulu müddəti pozulduğu və vəsiyyətnamənin qanuna uyğun tərtib edilmədiyi əsas gətirilməklə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd edir ki, Notariat Ofisinin bu tələbi qanunsuz və əsassızdır, ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən vəsiyyətnamə həm notariat orqanında, həm də yerli icra hakimiyyəti orqanlarında verilə bilər. Miras qoyan Vaqif İsmayılov tərəfindən verilmiş vəsiyyətnamə qanuni və əsaslıdır. Onu təsdiq edən icra nümayəndəsi də həmin vəsiyyətnamənin miras qoyanın şəxsən özü vəsiyyətnaməni imza etdiyini, bu zaman şahidlərin iştirak etdiyini və bunu təsdiq etdiyini bildirə bilər. Həmin vəsiyyətnamənin notariat orqanına təhvil verilməməsində onun heç bir təqsiri yoxdur. O, miras əmlakı vəsiyyətnamə üzrə qəbul etmiş və idarə edir. Notariat Kontoru tərəfindən həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmələrini yalnız indi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat Kontoruna müraciət edən zaman bilmişdir. Vəsiyyətnaməni təsdiq edən icra nümayənədəsi özü də həmin vəsiyyətnamənin onun tərəfindən təsdiq edildiyini miras qoyanın iradə ifadəsini əks etdirdiyini deyə bilər. Bundan başqa həmin vəsiyyətnamə Quba rayon Alpan Bələdiyyənin arayışı ilə də, həmin miras əmlakı onun tərəfindən qəbul edilib sahibliyində olması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izhat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və24 iyun 2023-cü l tarixli məktubbla iş yükünün çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirakının mümkün olmadığını bildirmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Quba rayonu, Alpan kəndində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarət ümumi sahəsi 74.3 kv.m olan fərdi yaşayış evi X2na məxsus olub, həmin evi İddiaçı vəsiyyət eləyib, vəsiyyətnaməni 03 nəfər hal şahidlərinin iştirakı ilə evdə tərtib edilmişdi. Uzun illərdi Ramil ailəsiylə həmin evdə yaşayır, yaşayış evi onun istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilimiş X1 Şərif Xəlil oğlunun ifadəsinə uyğun ifadə verərək, sözü gedən evin X2 tərəfindən vəsiyyətnamə ilə İddiaçı vəsiyyət edildiyini təsdiq edərək, qeyd etmişdi ki, hal-hazırda Ramil həmin evdə yaşayır, əmlakdan istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilimiş X12 digər şahidlərin ifadələrinə uyğun ifadə verərək, həmin evin İddiaçı vəsiyyət edildiyini, hal-hazırda Ramilin həmin evdə yaşadığını və əmlakdan istifadə etdiyini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli ev vəsiyyətnaməsinin məzmunundan görünür ki, Quba rayonu Alpan kəndində yaşayan X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən, Quba rayonu, Alpan kəndində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarət ümumi sahəsi 74.3 kv.m olan mənzili İddiaçı vəsiyyət etmiş, bu vəsiyyətnamə vərəsəlik X6 və üç nəfər hal şahidinin iştirakı ilə tərtib edilmişdir. İş materiallarında olan Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsinin” surətindən görünür ki, Quba rayonu, Alpan kəndində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarət ümumi sahəsi 74.3 kv.m olan mənzil şəxsi mülkiyyət hüququ əsasında Quba rayonu, Alpan XDS İcraiyyə Komitəsinin 37 nömrəli, 28 sentyabr 1988-ci il qərarı əsasında X3 adına xx.xx.2005-ci il tarixdə 1 nömrəli reyestr kitabında 16-cı səifədə, 63 reyestr nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Quba rayonu, Alpan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 13 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1997-ci il tarixdən vəsiyyətnamə ilə verilmiş Quba rayonu Alpan kənd sakini X4 məxsus olmuş Quba rayonu, Alpan kəndində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarət ümumi sahəsi 74.3 kv.m olan fərdi yaşayış evində yaşayır, faktiki olraq sözü gedən yaşayış evi İddiaçı istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər (ev vəsiyyətnaməsi). Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Məhkəmədə tədqiq şahid ifadələri və digər mötəbər sübutlar əsasında müəyyən eidlmişdir ki, X2 tərəfindən xx.xx.1997-ci il tarixdə tərtib edilmiş, xx.xx.1997-ci il tarixdə imzalarla təsdiq edilmiş ev vəsiyyətnaməsi mülki qanunvericiliyin qeyd edilən normalarının tələblərinə uyğun tərtib edilmiş, vəsiyyət edənin imzası məhz X4 məxsus olmuş, ondan başqa vəsiyyətnamə 3 nəfər hal şahidi tərindən də imzalanmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı qeyd eidlən vəsiyyətnamənin tərtibi zamanı mülki qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilməmişdir. Bu halda, məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X6 tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixdə tərtib edilmiş, xx.xx.1997-ci il tarixdə imzalarla təsdiq edilmiş ev vəsiyyətnaməsi qanuni hesab edilməli və İddiaçı X3 (08 avqust 1997-ci il tarixli Ev vəsiyyətnaməsi üzrə) vəsiyyət üzrə vərəsəsi hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu və ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş məhkəmə xərci cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. X2 tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixdə tərtib edilmiş, xx.xx.1997-ci il tarixdə imzalarla təsdiq edilmiş ev vəsiyyətnaməsi qanuni hesab edilsin və İddiaçı X3 (08 avqust 1997-ci il tarixli Ev vəsiyyətnaməsi üzrə) vəsiyyəti üzrə vərəsəsi hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1510/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1510/2023
26.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver