Məhkəmə qərarları › İş №2(027)-1512/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1512/2024

04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1512/2024 04.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhəri Azərbaycan prospektində yerləşən ümumi sahəsi 38.7 kv.m olan şəkilçi sexinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında (reyestrdə 6 nömrə, qeydiyyatdan 003984 nömrəli ilə, səhifə 80, xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış 003984 nömrəli) Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Qırmızı qəsəbə Azərbaycan proskeptində yerləşən (o vaxtkı Lenin küçəsi 156) fotoatolyenin (şəkilçi dükanı) işçisi olmuşdur. Sonradan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 05 sentyabr 1996-cı il tarixdə Quba rayonun özəlləşdirmə şöbəsinin iclasında 16 nömrəli protkolla auksionda satın aldığı fotoatolye barəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağlanmış 10 sentyabr 1996-cı il tarixli 1898 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Həm auksionda, həm də alqı-satqı müqaviləsində adı, soyadı, ata adı, Ərizəçi kimi göstərilmişdir. Bundan sonra ümumi sahəsi 38,7 kv.m olan şəkilçisexi (fotoatolye) barəsində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında verilmiş reyestr kitabında 6 nömrəli ilə, 003984 qeydiyyat nömrəsi ilə 80-ci səhifədə, xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış şəhadətnamə verilmişdir. Lakin verilmiş Şəhadətnamədə onun adı, ata adı, soyadı səhvən Ərizəçi əvəzinə X4 kimi göstərilmişdir. O, obyektin yerləşdiyi torpaq sahəsinə Dövlət reyestrindən çıxarış alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin oradan ona xx.xx.2024-cü il tarixli imtina məktubu verilmiş, həmin imtina məktubunda “şəxsiyyəti təsdiq edən sənəddə adı və ata adı Ərizəçi olduğu halda qeyri yaşayış binasına dair ərizəyə əlavə olunmuş xx.xx.2005-ci il tarixli Şəhadətnamədə hüquq sahibinin adı və ata adı tam fərqli olaraq X4 kimi göstərilməsi” qeyd edilmişdir. Ərizəçilə X4 eyni şəxsdir. Lakin əmlaka dair verilmiş xx.xx.2005-ci il tarixli Şəhadətnamədə onun adı və ata adı səhv yazılmışdır. Bundan başqa Quba RİHB-nın Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi 22 sentyabr 2017-ci il tarixli, 304 nömrəli arayışında Quba rayon Polis şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş (AZE ******* nömrəli) şəxsiyyət vəsiqəsində qeyd olunmuş xx.xx.1947-ci il Quba rayonu Qırmızı qəsəbədə anadan olmuş Ərizəçi ilə Qusar rayon Hərbi Kommisarlığı tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş (H3 1314978) hərbi biletdə qeyd olunan X3 eyni şəxs olması qeyd edilmişdir. Bundan başqa onun adına verilmiş 25 avqust 1966-cı il tarixli əmək kitabçasında onun adı Dodik, ata adı Xaqay oğlu kimi qeyd edilmişdir. Həmçinin onun adına verilmiş ******* nömrəli hərbi biletdə adının qarşısında Danil adı yazılmış, həmin ad mötərizəyə alınaraq Dodik adı yazılmışdır. Göründüyü kimi onun adı və ata adı Dodik Xaqayeviç olmasına baxmayaraq bəzi sənədlərdə səhvən Danil Xatayeviç kimi göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə və Quba rayonu, 2-ci Nügədi bələdiyyəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə, iş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi məxsus olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətində, şəxsiyyəti təsdiq edən rekvizitlər, şəxsin soyadı “Şalmiyev”, adı “Dodik”, ata adı “Xaqayeviç” oğlu kimi yazılmış və doğum tarixi xx.xx.1947-ci il, Quba rayonu, Qırmızı Slobodda qəsəbəsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 05 sentyabr 1996-cı il tarix 16 saylı iclas protokoluna əsasən, Ərizəçi Quba şəhərində yerləşən fotoatolye satın almışdır. Həmin protokolda onun soyadı, adı və atasının adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Ərizəçi 05 sentyabr 1996-cı il tarixdə Quba rayonun özəlləşdirmə şöbəsinin iclasında 16 nömrəli protokolla auksionda satın aldığı fotoatolye barəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağlanmış 10 sentyabr 1996-cı il tarixli 1898 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilədə onun soyadı, adı və atasının adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003984 saylı, xx.xx.2005-ci il tarixli Şəhadətnamədən görünür ki, Quba şəhəri, Azərbaycan prospektində yerləşən şəkilçi sexi “X4”in mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Ərizəçi ərizəsi araşdırılan zaman, şəxsiyyəti təsdiq edən sənəddə hüququ sahibinin adı “Ərizəçi” olduğu halda, xx.xx.2005-ci il tarixli Şəhadətnamədə “X4” kimi göstərilmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq planı və ölçüsünün, dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003984 saylı, xx.xx.2005-ci il tarixli Şəhadətnaməyə əsasən, Ərizəçi Quba şəhəri, Azərbaycan prospekti ərazisindən ümumi sahəsi 38.7 kv.m olan şəkilçi sexinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilərkən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında (reyestrdə 6 nömrə, qeydiyyatdan 003984 nömrəli ilə, səhifə 80, xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış 003984 nömrəli) Şəhadətnamədə hüquq sahibinin adında uyğunsuzluq olduğu üçün müvafiq çıxarış verilməsindən imtina edilmişdir. Belə ki, hüquq müəyyənedici sənədlərdə “Ərizəçi” adı səhvən “X4” kimi qeyd edilmişdir. Göründüyü kimi, Ərizəçi şəxsin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmir və hüquqmüəyyənedici sənəddə hüquq sahibinin adı ilə onun şəxsiyyətini təsdiq edən sənəddə və digər sənədlərdəki adı arasında fərq aşkardır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcələnin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləlilə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Quba şəhəri, Azərbaycan prospekti ünvanında yerləşən ümumi sahəsi 38.7 kv.m olan şəkilçi sexinin Ərizəçi satılmasına dair Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003984 saylı, xx.xx.2005-ci il tarixli Şəhadətnamənin Ərizəçina məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Quba şəhəri, Azərbaycan prospekti ünvanında yerləşən ümumi sahəsi 38.7 kv.m olan şəkilçi sexinin Ərizəçi satılmasına dair Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003984 saylı, xx.xx.2005-ci il tarixli Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar