Məhkəmə qərarları › İş №2(027)-1516/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1516/2020

01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1516/2020 01.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək rus və ingilis dillərində tərtib edilməklə verilmiş 42№3279604 saylı SSRİ pasportunda və xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Azərbaycan və ingilis dillərində tərtib edilməklə verilmiş Azərbaycan Respublikasının vətəndaşının PC AZE C01757560 №-li pasportunda göstərilən şəxsin xx.xx.1963-cü il tarixdə Quba rayonu Qırmızı Qəsəbədə doğulmuş və Nizami küçəsi, 13 saylı ünvanda qeydiyyatda olmuş mərhum X8 eyni şəxs olması faktının müəyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Quba şəhəri, Qırmızı Qəsəbədə doğulmuş xx.xx.1963-cü il təvəllüdlü və doğum qeydi xx.xx.1963-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 135 nömrə ilə qeydə alınmış X5 doğma qardaşıdır. Qardaşı X12 xx.xx.2019-cu il tarixdə X2 rayonunda vəfat etmiş və ölümü Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 93 nömrə ilə qeyd edilmiş və bu barədə AZ-İİ №043577 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum qardaşı X12 sağlığında xx xxxxxx 1996-cı il tarixdə X13 tərəfindən 32394122M iş nömrəsi ilə qeydiyyata alınmış Blok 10628-də Parcel 1-in bir hissəsini təşkil edən Or.Akiva 7 Ganei Or küçəsində yerləşən kottec ev üzərində olan bütün mülkiyyət hüquqlarını 41N006240 nömrəli Rusiya pasportunun sahibi X7 yəni - iddiaçıya vəsiyyət etməsinə dair xx xxxxxx 1996-cı il tarixli T-968 №-li vəsiyyətnamə sənədi vermişdir. Həmin vəsiyyətnamədə vəsiyyət edən qardaşı X8 şəxsiyyətinin həmin vaxt sahibi olduğu 42 №3279604 saylı Rusiya pasportuna əsasən müəyyən edildiyi göstərilmişdir. Qeyd olunan 42 №3279604 saylı pasportun etibarlılıq müddəti 5 il olmuş, pasport xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək verilmiş və müddəti xx.xx.2000-ci il tarixdə bitmişdir. Bundan sonra X12 yeni müddətə etibarlı olan pasport almış və sonuncu dəfə ona Maraqlı şəxs tərəfindən xx.xx.2018-ci il tarixdə xx.xx.2028-ci il tarixinədək - 10 il müddətinə etibarlı olmaqla PC AZE C01757560 №-li Azərbaycan Respublikası vətəndaşının pasportu verilmişdir. Mərhumun vəsiyyətnaməsinin icrası ilə bağlı İsrail ölkəsinin vəkili tərəfindən ona İsrail dövlətinin qanunvericiliyində orada vətəndaşa etibarlılıq müddəti bitdikdə yeni pasport verilərkən pasport nömrəsinin və seriyasının dəyişmədiyi, hər dəfə pasportun eyni seriya və nömrə ilə verildiyinin nəzərdə tutulduğundan mərhum qardaşı X8 vəsiyyətnamə qoyarkən mövcud SSRİ pasportunda və vəfat etdiyi vaxt mövcud olan Azərbaycan Respublikası pasportunda göstərilən X8 eyni şəxs olması və hər iki pasportun mərhuma aid olması məhkəmə qərarı ilə təsdiqlənməli olması, əksi halda vəsiyyət olunmuş əmlakın rəsmiləşdirilməsinin mümkünsüz olduğu bildirilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının Qırmızı-Qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli №03 saylı məktubunda və 28 saylı arayışında xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək rus və ingilis dillərində tərtib edilməklə verilmiş 42№3279604 saylı SSRİ pasportunda və xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Azərbaycan və ingilis dillərində tərtib edilməklə verilmiş Azərbaycan Respublikasının vətəndaşının PC AZE C01757560 №-li pasportunda göstərilən şəxsin xx.xx.1963-cü il tarixdə ünvan 2 saylı ünvanda qeydiyyatda olmuş mərhum X8 eyni şəxs olduğu təsdiq edilmişdir. Hazırkı halda mərhum qardaşına verilmiş pasportların hər ikisində göstərilən şəxsin xx.xx.1963-cü il tarixdə ünvan 2 saylı ünvanda qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə X2 rayonunda vəfat etmiş və ölümü Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 93 nömrə ilə qeyd edilmiş mərhum X12 ilə eyni şəxs olması faktının məhkəmə qaydasında müəyyən olunmasına ehtiyac vardır. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili X4 ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il Quba rayonu, Qırmızı qəsəbədə anadan olmuş, atası X9, anası X3. İş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 26 nömrəli arayışından görünür ki, X11 xx.xx.1963-cü il tarixdə Quba rayonu, Qırmızı qəsəbədə anadan olmuş, bu barədə xx.xx.1963-cü il tarixdə Quba rayon Qırmızı qəsəbədə İƏD tərəfindən 135 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyətcə yəhudi olan X9, anası milliyətcə yəhudi olan X3. Quba RQŞ-nin 93 saylı, xx.xx.2019-cu il tarixli akt qeydinə əsasən X11 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə X2 rayonunda vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Qırmızı qəsəbə İƏD üzrə naməyəndəliyinin xx.xx.2020-ci il tarixli, 03 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək rus və ingilis dillərində tərtib edilməklə verilmiş 42№3279604 saylı SSRİ pasportu və xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Azərbaycan və ingilis dillərində tərtib edilməklə verilmiş Azərbaycan Respublikasının vətəndaşının pasportunda göstərilən şəxs, xx.xx.1963-cü il tarixdə Quba rayonu Qırmızı Qəsəbədə doğulmuş və Nizami küçəsi, 13 saylı ünvanda qeydiyyatda olmuş mərhum X11 ilə eyni şəxsdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi doğum tarixi xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək rus və ingilis dillərində tərtib edilməklə verilmiş 42№3279604 saylı SSRİ pasportunda və xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Azərbaycan və ingilis dillərində tərtib edilməklə verilmiş Azərbaycan Respublikasının vətəndaşının PC AZE C01757560 №-li pasportunda göstərilən şəxsin xx.xx.1963-cü il tarixdə Quba rayonu Qırmızı Qəsəbədə doğulmuş və Nizami küçəsi, 13 saylı ünvanda qeydiyyatda olmuş mərhum X8 eyni şəxs olması faktının müəyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək rus və ingilis dillərində tərtib edilməklə verilmiş 42№3279604 saylı SSRİ pasportunda və xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Azərbaycan və ingilis dillərində tərtib edilməklə verilmiş Azərbaycan Respublikasının vətəndaşının PC AZE C01757560 №-li pasportunda göstərilən şəxsin xx.xx.1963-cü il tarixdə Quba rayonu Qırmızı Qəsəbədə doğulmuş və Nizami küçəsi, 13 saylı ünvanda qeydiyyatda olmuş mərhum X8 eyni şəxs olması faktının müəyən edilməsi ilə bağlı ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək rus və ingilis dillərində tərtib edilməklə verilmiş 42№3279604 saylı SSRİ pasportunda və xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Azərbaycan və ingilis dillərində tərtib edilməklə verilmiş Azərbaycan Respublikasının vətəndaşının PC AZE C01757560 №-li pasportunda göstərilən şəxsin xx.xx.1963-cü il tarixdə Quba rayonu Qırmızı Qəsəbədə doğulmuş və Nizami küçəsi, 13 saylı ünvanda qeydiyyatda olmuş mərhum X10 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar