Məhkəmə qərarları › İş №2(027)-1518/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1518/2020

28.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1518/2020 28.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X9, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Quba Regional “ASAN” Xidmət X1rşı vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Quba Regional “ASAN” Xidmət X1rşı vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərəkHüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X7 düşən hissəsindən ibarət miras əmlaka onun vərəsəlik hüququnun tanınması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X7 düşən hissəsindən ibarət miras əmlaka vərəsəlik üzrə onun tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək mirasın açılması yeri Quba rayonu İ Nügədi kəndi olmaqla, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X7 düşən hissəsindən ibarət miras əmlaka onun vərəsəlik hüququnun tanınması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X7 düşən hissəsindən ibarət miras əmlaka vərəsəlik üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1986-cı ildə X13 ilə ailə qurmuşdur. Həmin evlilikdən hazırkı cavabdehlər olan beş qızı olmuşdur. Miras qoyan X23 rayonu İ Nügədi kəndində 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. X27 Azərbaycan Respublikası vətəndaşı olmuş, alver məqsədilə Rusiya Federasiyasına gedib gəlmişdir. Quba rayonu İ Nügədi kəndində keçirilən Aqrar İslahat zamanı onlara Quba rayonu İ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 1,456 ha torpaq sahəsi verilmişdir. Elman Məlikovla birgə nikahdan doğumuş uşaqları ailə qurmuş¸ köçüb getmişlər. Mərhum X27 xx xxxxxx 2013-cü ildə X16 vilayəti Kunqur şəhərində ölmüş, onu yaşadığı Quba rayonu İ Nügədi kəndində kənd qəbirstanlığında dəfn etmişdir. Onun ölümündən sonra ondan qalmış miras əmlakı faktiki olaraq o idarə edərək qəbul etmişdir. Ərinin ölümündən sonra tək qaldığından, qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etməmişdir. Notariat orqanına müraciət etdikdə ərinin Rusiya Federasiyasında ölməsi səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmaması bildirilmişdir. Qeyd etmək istəyirki, mərhum X27 həm də Azərbaycan Respublikası vətəndaşı olmuş, daimi yaşayış yeri Azərbaycan Respublikası Quba rayonu İ Nügədi kəndi olmuş, alver etmək məqsədilə Rusiya Federasiyasına getmiş, onun miras əmlakı da Quba rayonu İ Nügədi kəndində yerləşir. Bundan başqa iş üzrə cavabdehlər olan qızları ailə quraraq getmiş, ərindən qalmış miras əmlakı qəbul etməmiş, fərdi yaşayış evində yaşamamışlar. Ərindən qalmış miras əmlakı idarə edərək qəbul etmişdir. Buna baxmayaraq cavabdehlər miras əmlak üzrə paylarının müəyyən edilməsini tələb edirlər. Hesab edir ki, cavabdehlər mərhum əri öləndən sonra 6 ay ərzində notariat orqanına ərizə ilə müraciət etmədiyindən və faktiki olaraq mirası idarə etmədiyindən mərhum ərindən qalmış mirası qəbul etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 Məmmədrza qızı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Bundan başqa məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, miras qoyan Elman Məlikovdan miras qalmış əmlak olan Quba rayonu İ Nügədi kəndində yerləşən 1,456 ha pay torpaq sahəsi, həyatyanı torpaq sahəsi və evdən ibarət miras əmlakdan ona düşən payı həmin miras əmlak ümumi birgə mülkiyyətdə olduğuna görə o və ailə üzvləri olan cavabdehlərlə birlikdə istifadə etmişlər. Cavabdehlərin hamısı X27a ölənə kimi ailə qurub getməmiş, X27 öləndən sonra ailə qurmuş, bundan başqa cavabdehlər X27 öləndə, öləndən sonra da daima onun yanına gəlib getmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi X18 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qismən iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, miras qoyan atası X20 rayonu İ Nügədi kəndində yerləşən 1,456 ha pay torpaq sahəsi, həyatyanı torpaq sahəsi və onun üzərində yerləşən ev miras qalmışdır. Həmin miras əmlak ayrıca deyil bütün ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. O da digər ailə üzvləri kimi atasından miras qalmış əmlakı idarə etmiş, onu qəbul etmişdir. Hazırda miras qoyan atası Elman Məlikovdan miras qalmış əmlak üzrə ailə üzvlərini paylarının müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, nümayəndələrini məhkəməyə göndərməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh X10 məhkəməyə göndərdiyi ərizəsində iddiaçının ona qarşı verdiyi iddianı qismən qəbul etdiyini,atası X3 qalmış miras əmlakı o da iddiaçı kimi qəbul etmiş, idarə etmiş, ona görə də miras əmlakdan payların müəyyən edilməsinə etiraz etmir. İş üzrə Cavabdeh3 məhkəməyə göndərdiyi ərizəsində iddiaçının ona qarşı verdiyi iddianı qismən qəbul etdiyini, atası X3 qalmış miras əmlakı o da iddiaçı kimi qəbul etmiş, idarə etmiş, ona görə də miras əmlakdan payların müəyyən edilməsinə etiraz etmir. İş üzrə Cavabdeh4 məhkəməyə göndərdiyi ərizəsində iddiaçının ona qarşı verdiyi iddianı qismən qəbul etdiyini, atası X3 qalmış miras əmlakı o da iddiaçı kimi qəbul etmiş, idarə etmiş, ona görə də miras əmlakdan payların müəyyən edilməsinə etiraz etmir. İş üzrə Cavabdeh5 məhkəməyə göndərdiyi ərizəsində iddiaçının ona qarşı verdiyi iddianı qismən qəbul etdiyini, atası X3 qalmış miras əmlakı o da iddiaçı kimi qəbul etmiş, idarə etmiş, ona görə də miras əmlakdan payların müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının, onun etibarnamə əsasından nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılaraəsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsidən görünür ki, İddiaçı Quba rayonu Amsar kəndində qeydiyyatdır. İş materiallarında olan Quba rayonu İ Nügədi kənd soveti tərəfindən verilmiş İV-JQ 258326 nömrəli xx xxxxxx 1986-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X2 xx xxxxxx 1986-cı ildə nikahlarını bağlamış, nikah akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir. İş materiallarında olan X16 şəhəri Kunqur VVAQ şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş İİ-VQ 820120 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx xxxxxx 2013-cü ildə ölmüşdür. İş materiallarında olan Quba rayon RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 543 nömrəli arayışdan görünür ki, xx xxxx 1961-ci ildə anadan olmuş və xx xxxxxx 2013-cü il tarixdə vəfat etmiş X6 İddiaçı, Cavabdeh1, X10, X14, X15 və X11 adlı vərəsələri vadır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxx 2020-ci qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,5661 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə payla Cavabdeh1, İddiaçı, X10, Cavabdeh3, X11, X15 və X7 məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxx 2020-ci qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,8899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə payla Cavabdeh1, İddiaçı, X10, Cavabdeh3, X11, X15 və X7 məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli, 19sentyabr 2018-ci qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evi ümumi birgə payla Cavabdeh1, İddiaçı, X10, Cavabdeh3, X11, X15 və X7 məxsusdur. İş materiallarında olan xx xxxxxx 1996-ci il tarixli XİX-JQ 288854 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 1995-ci ildə Quba rayon İ Nügədi kəndində anadan olmuş, atası X13, anası İddiaçıdır. İş materiallarında olan xx xxxxxxxx 1989-cu il tarixli Xİİ-JQ 476293 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxx 1989-cu ildə Quba rayon İ Nügədi kəndində anadan olmuş, atası X13, anası İddiaçıdır. İş materiallarında olan xx xxxxxx 1986-cı il tarixli Xİİ-JQ 261811 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 1986-ci ildə Quba rayon İ Nügədi kəndində anadan olmuş, atası X13, anası İddiaçıdır. İş materiallarında olan xx xxxxxx 1993-ci il tarixli XVİİ-JQ 347677 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1993-cü ildə Quba rayon İ Nügədi kəndində anadan olmuş, atası X13, anası İddiaçıdır. İş materiallarında olan xx xxxxxx 1991-ci il tarixli XVİ-JQ 346030 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxx 1991-ci ildə Quba rayon İ Nügədi kəndində anadan olmuş, atası X13, anası İddiaçıdır. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 1986-cı ildə X13 ilə ailə qurmuşdur. Həmin evlilikdən Cavabdeh1, X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 anadan olmuş, X13 xx xxxxxx 2013-cü ildə Rusiya Federasiyasında ölmüş, miras qoyan X3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxx 2020-ci qeydiyyat tarixli çıxarışa Quba rayonu İ Nügədi kəndində yerləşən 0,5661 ha Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxx 2020-ci qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,8899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən pay, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli, 19sentyabr 2018-ci qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən ona düşən pay miras qalmış, qeyd edilən X6 ölümündən sonra miras qalmış əmlak onun ailə üzvləri, iddiaçı və cavabdehlərə məxsus ümumi birgə mülkiyyətdəki əmlak olduğundan, miras qoyandan qalmış miras əmlakı təkcə iddiaçı deyil, həm də cavabdehlər onun ölümündən sonra faktiki olaraq idarə etdiyindən, miras qoyanın ölümündən sonra ondan miras qalmış əmlak iddiaçı və cavabdehlər tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1148-ci maddəsinə əsasən müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadəetmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə xx xxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mirasın açılması yeri Quba rayonu İ Nügədi kəndi olmaqla, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X7 düşən hissəsindən ibarət miras əmlaka İddiaçı və cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 vərəsəlik hüququnun tanınması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X7 düşən hissəsindən ibarət miras əmlaka iddiaçının İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 vərəsəlik üzrə bərabər payları müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mirasın açılması yeri Quba rayonu İ Nügədi kəndi olmaqla, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X7 düşən hissəsindən ibarət miras əmlaka İddiaçı və cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 vərəsəlik hüququ tanınsın; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X7 düşən hissəsindən ibarət miras əmlaka İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 vərəsəlik üzrə bərabər payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar