Məhkəmə qərarları › İş №2(027)-1518/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1518/2022

23.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1518/2022 23.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qızının iştirakı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X8 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN 067F kod 30327018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni X5, Ərizəçi2 və Xanbabayeva (Musayeva) Cəmilə Ağacan qızına məxsus olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə JN-067F kod 30327018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə “X6” əvəzinə səhvən “X15”, “Ərizəçi2” əvəzinə səhvən “X18”, “Ərizəçi3” əvəzinə səhvən “X16” kimi yazılaraq düzgün qeyd olunmamışdır. Qeyd edirlər ki, adlarına verilmiş doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində ad, soyad və ata adı X6, Ərizəçi2 və Ərizəçi3 kmi qeyd olunmuşdur. Şəhadətnamədə qeyd olunan X9, X18 və X3 olaraq qeyd olunmuşdur. X6 10 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Ərizəçi3 nikaha daxil olduğuna görə “Xanbabayeva” soyadını qəbul etmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan yalnışlıq olduğuna görə sənədləşmə apara bilmirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 əizəni müdafiə edərək, ərizədə yazılnalara uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişlər. İş üzrə digər ərizəçi X8 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 23 iyun 2022-ci il tarixli məhkəmə iclasına gələ bilməyəcəyini, ona görə də, işə iştirakı olmadan baxıb ərizənin təmin olunması barədə qətnamə çıxarəılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-067F KOD 30327018 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə X10, X9, X19, X17, X16, X11 və X12 0,27 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2002-cı il tarixli, AZ-İ seriyalı, 020265 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli, AZ-İ seriyalı, 781748 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsələri sırasına daxildir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2dır. İş materiallarında olan AZE seriyası ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq X7r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********81 saylı məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-067F KOD 30327018 nömrəli dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-067F KOD 30327018 nömrəli şəhadətnamə X6 əvəzinə səhvən X15, Ərizəçi2 əvəzinə səhvən X18, Ərizəçi3 əvəzinə səhvən X4 qeyd olunması, X1 xx.xx.2016-cı il tarixdə vəfat etməsi, Ərizəçi1 X1 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxsnə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, ərizə təmin edilməli Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN 067F KOD 30327018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı X5, Ərizəçi2 və Xanbabayeva (Musayeva) Cəmilə Ağacan qızına məxsus olması faktı müəyyən edilməldir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN 067F KOD 30327018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı X5, Ərizəçi2 və Xanbabayeva (Musayeva) Cəmilə Ağacan qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar