Məhkəmə qərarları › İş №2(027)-1519/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1519/2020

30.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1519/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Quba RPŞ-nin TQ-nun təhqiqatçısı Maraqlı şəxs qarşı alğı-satqı müqaviləsinin etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun razılığı və xəbəri olmadan ona məxsus və mülkiyyətində olan 598 saylı qərarla istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsin tanımadığı şəxsə satdığı üçün həmən torpaq sahəsinin alğı-satqısı müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsalandırmışdır ki, Onun adına Quba rayonu, Alekseyevka kəndi ərazisində 0,10 ha torpaq sahəsi olmuş və qardaşı Valid həmin torpağı 2005-ci ildə tanımadığı şəxsə 1200 ABŞ dollara satmışdır. Torpaqla bağlı sənədləşmə işlərini torpaq sahəsini alan şəxs özü etmişdir. 2008-ci ildə müəyyən edilmişdir ki, sənədlərdə imzası yoxdur. Atası Vaqif ona sənədlərin düzəltməsini desə də, o, torpağın ola lazım olmadığı deyib qısa müddət ərzində Omsk şəhərinə getmişdir. 2014-cü ildə Omsk şəhərindən qayıtmış və həmin adını bilmədiyi şəxsə torpaq sahəsinin şəhadətnaməsini vermiş, lakin həmin adını bilmədiyi şəxsin hansı qaydada rəsmiləşdirmə apardığını bilmir. O, Rusiya Federasiyasında olan zaman qardaşı onun olmamasından istifadə edərək, onun yerinə imza etməklə torpaq sahəsini satmışdır. Hazırda onu himayəsində üç körpə övladı var və qalmağa hec bir yeri yoxdur. Ata evindən də onu qeydiyyatdan çıxartmışlar, ailəsi ilə birgə hec bir yerə qeydiyyata düşə bilmir. Əvvəlki məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, İddiaçı və Cavabdeh Quba rayonu, Alekseyevka kəndində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli 626 nömrəli kserosurət olan arayışından görünür ki, 2001-ci ildən İddiaçı mülkiyyətində 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Beləliklə də, iddiaçı tərəf qardaşı tərəfindən ona məxsus torpaq sahəsinin satıldığını iddia etsə də, istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məcəllənin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndində qeyd olunur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda, torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Bu baxımdan iddiaçı tərəfindən ona məxsus olduğu iddia edildiyi torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənədi məhkəməyə təqdim edilməli idi. İddiaçı alğı-satqı müqaviləsinin ləğvini tələb edir. Lakin hansı alğı-satqının, qeyd edilən alğı-satqı müqaviləsinin kimlər arasında və hansı tarixdəbağlanması barədə məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı cavabdehin onun torpağını satması barədə məhkəməyə sübut təqdim etməmişdir.Yəni cavabdeh tərəfindən iddiaçının subyektiv hüququn pozulması barədə iş materillarında sübut mövcud deyil.Ona görə də, iddia tələbi təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və üçüncü tərəf Quba RPŞ-nin TQ-nun təhqiqatçısı Maraqlı şəxs qarşı alğı-satqı müqaviləsinin ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar