Məhkəmə qərarları › İş №2(027)-1522/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1522/2023

21.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1522/2023 21.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi qismində vəkili X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yunis qızına, maraqlı şəxs Qusar rayon Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yunis qızına, maraqlı şəxs Qusar rayon Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 21 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Quba Rayon Məhkəməsinin hakimi cənab Rahim Həsənovun icraatında iddiaçılar X2 və X1 maraqlı şəxslər "xxxx"MMC, X3» MMC göstərilməklə Cavabdeh2 Yunis qızı, X9 və Quba rayon İcra və Probasiya şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Hazırki, İddiaçı eyni iddia tələbi ilə ona və digər cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmin mülki iş artıq bir neçə prosesdir ki, məhkəmə tərəfindən araşdırılmaqdadır. 2(027)-1522/2023 saylı mülki işi üzrə icraatın 2(027)-1209/2023 saylı mülki iş üzrə icraatla birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2(027)-1522/2023 saylı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən, 2(027)-1209/2023 saylı mülki iş üzrə maraqlı şəxs "xxxx" MMCnin nümayəndəsi X7 məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Yunis qızı və Cavabdeh1 qarşı “müqavilənin etibarsız elan edilməsi” tələbinə dair 2(027)-1522/2023 saylı mülki iş icraatınızdadır. Bildirir ki, eyni predmet və eyni tələb üzrə iddiaçılar X2 və X1 cavadehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız elan edilməsi və digər tələblərə dair 2(027)-1209/2023 saylı mülki iş Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənovun icraatındadır. Hesab edirik ki, eyni predmet və tələblərlə eyni cavabdehlərə qarşı iddia tələbləri bir icraatda birləşdirilməlidir. Odur ki, qeyd edilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq iş üzrə icraatın birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclası zamanı müəyyən edildi ki, 2(027)-1522/2023 saylı mülki iş ilə əlaqəli olan iddia tələbilə iddiaçılar X2 və X1 maraqlı şəxslər "xxxx" MMC, X3» MMC cəlb edilməklə Cavabdeh2 Yunis qızına, X8 və Quba rayon İcra və Probasiya şöbəsinə qarşı hərraçın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə 2(027)-1209/2023 saylı mülki iş hakim Rahim Həsənovun icraatındadır. İddiaçı nümayəndəsi və vəkili X10 həmin ərizəyə etirazını bildirərək, qeyd etdi ki, ictaatda olan digər işlərlə bağlı məlumatları yoxdur, hazırki iddia tələbi digər işlərin iddia tələbindən təmamilə fərqlidir. Həmin işlərin onlara heç bir aidiyyəti yoxdur. Cavabdeh1 məhkəmə iclasında hazırki işin 2(027)-1209/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, 2(027)-1522/2023 saylı mülki iş üzrə icraat 2(027)-1209/2023 saylı mülki iş üzrə icraatla birləşdirilməklə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 43, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yunis qızına, maraqlı şəxs Qusar rayon Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(027)-1522/2023 saylı mülki iş 2(027)-1209/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar