Məhkəmə qərarları › İş №2(027)-1523/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1523/2023

07.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1523/2023 07.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı mənzilə köçürürlmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, o, İddiaçı və övladları xx.xx.2006-cı il təvəllüdlü X6 xx.xx.2008-ci il təvəllüdlü X10 ilə birlikdə Quba rayonu Timiryazev qəsəbəsindəki, gəlin köçdüyü X7 adına xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********4-05101-093001 reyestr nömrəli çıxarışlı Quba rayonu, Timirzayev qəsəbəsində mənzilə (yaşayış evi) köçürülmə və X1 və həyat yoldaşı Cavabdeh3 maniələrin aradan qaldırılaraq onu və övladlarını Quba rayon Timiryazev qəsəbəsindəki, mənzilə (yaşayış evi) köçürülmə barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Quba rayonunun İkinci Nüqədi kəndindən xx.xx.2004-cü il tarixində Quba rayonu Timirzayev qəsəbəsinə Cavabdeh1 ilə ailə quraraq, gəlin köçmüşdür. Faktiki nikahla yaşamışlar. Bu evlilikdən xx.xx.2006-cı il təvllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X10 dünyaya gəliblər. Gəlin köçdüyü ev Cavabdeh1 anası X8 məxsus olub. X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı Cavabdeh1 ilə alkoqollu içki içdiyinə və baxmadığına görə aralarında yaranmış mübahisələrə görə, övladlarını götürüb, atasınının ikinci Nügədi kəndindəki evinə getmiş və orda müvəqqəti yaşayır. Hazırda gəlin köçdüyü evdə həyat yoldaşı Cavabdeh1, X1 və həyat yoldaşı Cavabdeh3 qalırlar. Hal-hazırda onun gəlin köçdüyü Quba rayon Timiryazev qəsəbəsindəki, mənzildə cehiz əmlakları vardır, dəfələrlə o, gəlin ködüyü evə qayıtmaq istəsədə evdə qeyri rəsmi yaşayan X1 və həyat yoldaşı Cavabdeh3 onu və himayəsində olan az yaşlı övladlarına maniələr yaradarq gəlin köçdüyü mənzilə köçməyinə imkan vermirlər. O, evdən çıxandan bəri Məmmədova Əfsanə qızı və onun qeyri-rəsmi yaşadığı yoldaşı orada yaşayırlar. O, ora ev əşyalarını səliqəyə salmağa getdikdə, onu təhqir edərək oradan qovurlar. Uşaqlarını da ora qoymurlar. Həyat yoldaşı Cavabdeh1 onun ora gəlib-getməyinə etiraz etmir. Həyat yoldaşı Cavabdeh1 özü də deyir ki, bu evdə ailəsinin, uşaqlarının yaşayış hüququ və payı var. Yuxarıda göstərilən mübahisəli məsələləri həll etmək üçün məhkəməyə müraciət etmək qərarına gəldi. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında ƏMDXDƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi sorğuya təgdim etdiyi cavab məktubunda bildirilir ki, “X7 adına xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********4-05101- 093001 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Timirzayev qəsəbəsində mənzil aşkar edilmişdir. Məhkəmədən xahiş edir ki, bu evdə kimin yaşayış hüququ və payı olmasına aydınlıq gətirsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Quba Reqional “ASAN XİDMƏT” X2 arayışında da görünür ki, həmin evdə xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X10 qeydiyyatdadırlar. Bu evdə qeydiyyatda olmayan və yaşayışlarına çətinliklər yaşadanların orada yaşaması qanuna və ümumi qaydalara ziddir. Ona görə ki, cavabdeh X3 alkaqollu içki qəbul edərək o uşaqları sözü gedən evə getdikdə onları söyüşlərlə təhqir edir. Onların Quba rayonu, Timirzayev qəsəbəsindəki evdən isdifadə hüququ vardır. Amma cavabdehlər, dəfələrlə onlara müraciət etməklərinə baxmayaraq onların bu evdə yaşamaqlarına imkan vermir və onları evə buraxmırlar. Ona görədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onların mənzilə köçürülməyi yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçı mübahisəli evdə bir müddət yaşayıb, ev nənəsinin adına olub. Dayısı Anar iddiaçının şikayəti əsasında tutulmuş, hazırda həbsdədir. İddiaçının yaşayış evi vardır, özü həmin evdə doğulub boya başa çatmışdır. İddiaçı 15 ildir ki, həmin evdən çıxıb getmişdir. Fatma və uşaqlarının Quba rayon Timiryazev qəsəbəsində yerləşən evdən heç bir istifadə hüquqları yaranmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və X1 həmin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçın və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********44 №li məktubundan görünür ki, X7 adına xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********64-05101-093001 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Timiryazev qəsəbəsində mənzil aşkar edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 211783 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçının uşaqları ilə birlkidə köçüb yaşamasını tələb etdiyi iddia predmetini təşkil edən Quba rayonu Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evi mərhum X7 mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2004-cü ildə Cavabdeh1 ilə ailə qurub, mübahisəli evə gəlin köçmüşdür. Cavabdeh1 ilə İddiaçı birgə nikahından xx.xx.2006-ci il tarixdə X6 və xx.xx.2008-ci il tarixdə X10 doğulmuşlar. 15 ildir ki, ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində İddiaçı iki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evdən çıxıb valideynlərinə məxsus yaşayış evinə getmişdir və hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşayır. Quba rayonu Timiryazev qəsəbəsində yerləşən həmin fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı evin mülkiyyətçiləri ilə İddiaçı, həmçinin İddiaçı uşaqları arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamış və İddiaçı və uşaqlarının həmin yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahadən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu ili oktyabırn 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notarial qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edilərək göstərilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:-mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması;həmin razılaşmanın notarial qaydasında təsdiq edilməsi;-istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Köhnə redaksiyada (1964-cü il) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən əmlak ümumi mülkiyyət hüququ əsasında o cümlədən iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən paylar məlum olan ümumi mülkiyyətdə sahiblik, istifadə və sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasəni ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İddiaçı fərdi yaşayış evinin mülkiyyətçiləri ilə fərdi yaşayış evindən istifadəsilə bağlı notarial qaydada təsdiq olunmuş yazılı razılaşmanın bağlanması və mübahisəli evə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Beləliklə, hazırki işdə evə köçürmə ilə bağlı qanunda göstərilən şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh1, X1 və Cavabdeh3 qarşı mənzilə köçürürlmə və maneələrin aradan qaldırılması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh1, X1 və Cavabdeh3 qarşı mənzilə köçürürlmə və maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar