Məhkəmə qərarları › İş №2(027)-1523/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1523/2024

25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1523/2024 25.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X8 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışının və X4 Ənvər Əmi oğluna məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, şəxsiyyətini müəyyən edən hüquqmüəyyənedici sənədlərdə soyadı Paşayev, adı Ənvər, atasının adı Əmi oğlu qeyd olunmuşdur. Lakin 03 may 1983-cü il tarixdən 10 noyabr 1983cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma sahəsində (SMU-30), 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X8 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışında və Arxiv Arayışında düzgün olaraq soyadı Paşayev, adı Ənvər yazılsa da, ata adı “Əmi” əvəzinə səhvən “Əli” kimi qeyd edilmişdir. Soyad, ad və ata adının Ərizəçi olması ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsilə də təsdiq olunur. Hazırda yaşa görə əmək pensiyasının hesablanması ilə əlaqədar 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X8 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışında və Arxiv Arayışında ata adı “Əmi” əvəzinə səhvən “Əli” yazıldığı üçün yaşa görə əmək pensiyası almaq hüququnu məhdudlaşdırmışdır. Bununla bağlı hüquqmüəyyənedici sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin ata adında yaranmış uyğunsuzluq səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hazırda Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsi və Quba 8 saylı Çörək zavodu ləğv edildiyindən və fəaliyyət göstərmədiyindən, yəni faktiki mövcud olmadığından əmək fəaliyyətilə bağlı əmrlərdəki yazılmış ata adındakı yalnışlığı aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən də 03 may 1983-cü il tarixdən 10 noyabr 1983cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X8 filialının 05 oktyabr 2023-cü İİ tarixli Arxiv çıxarışının və X4 Ənvər Əmi oğluna məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək bildirmişdir ki, tələbinin dəqiqləşdirilməsinə ehtiyac var. Ərizəçi Quba 8 saylı Çörək zavodunda işləməsini təsdiq edən şahidlər olsa da, Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində işləməsini təsdiq edən şahidlər yoxdur. Ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, 1978-ci ildən 1994-cü ilə kimi Quba 8 saylı Çörək zavodunda işləmişdir. Ərizəçi da 1994cü ilə kimi onunla bir yerdə işləmişdir. 1994-cü ildə o işdən azad edilmişdir. Onun işlədiyi zamanda Ənvər xəmirkar vəzifəsində çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Ərizəçi ilə bir yerdə Quba 8 saylı Çörək zavodunda işləmişdir. 1985-ci ildən 2005-ci ilə kimi Ənvər xəmirkar vəzifəsində çalışmışdır. Hər ikisi zavod bağlanana kimi birlikdə işləmişlər. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-T seriyalı, 275133 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş, atası X6, anası X1r. İş materiallarına əlavə olunmuş AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası X8 filialının 05 oktyabr 2023-cü il tarixli arxiv çıxarışından və arxiv arayışından görünür ki, Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsi və Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmr və əmək haqqı cədvəllərində Ərizəçi ata adı “Əmi” əvəzinə “Əli” və “Ali” kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-P-98248/2024 saylı məktubundan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta və X8 filialının xx.xx.2023-cü il tarixli arayışının surətinə əsasən 1984-cü ilin iyun ayından 1989-cu ilin yanvar ayınadək və 1989-cu ilin fevral, iyun, sentyabr aylarında, 1990-cı ilin yanvar ayından 1993-cü ilin mart ayınadək əmək haqqı cədvəllərində ata adının “Ali” kimi qeyd edildiyi, həmçinin 1989-cu ilin dekabr və 1992-ci ilin noyabr ayının əməkhaqqılarında qaralamaların olduğu müəyyən edilmişdir. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçinin ata adı “Əmi” olduğu halda, 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur- Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X8 filialının 05 oktyabr 2023-cü iİ tarixli Arxiv çıxarışı və Arxiv Arayışında “Əli” və “Ali” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X8 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışının və X4 Ənvər Əmi oğluna məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 may 1983-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək Samur-Abşeron Su-Tikinti Trestinin 30 saylı Tikinti Quraşdırma Sahəsində, 18 may 1987-ci il tarixdən 31 dekabr 1995-ci il tarixədək Quba 8 saylı Çörək zavodunda işləməyinə dair əmrlər üzrə verilmiş Azərbaycan Respublikası X8 filialının 05 oktyabr 2023-cü il tarixli Arxiv çıxarışının və X4 Ənvər Əmi oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar