Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1524/2020 01.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Rüstəmova (Ələskərova) Pərvanə Hacada qızı və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Rüstəmova (Ələskərova) Pərvanə Hacada qızı və Ərizəçi4məhkəməyə ərizə ilə müraciət edərək, JN-3xx xxx 30316028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının onlara-Ərizəçi1, Ərizəçi3, Rüstəmova (Ələskərova) Pərvanə Hacada qızına, Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə ərizəçilər Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli 115 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair onlara JN-3xx xxx 30316028 saylı Dövlət Aktına əsasən onlara kənd təsərrüfatı məhsulları isrehsalı məqsədilə 1.30 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa mülkiyyət hüququna dair JN- 3xx xxx 30316028 nömrəli Dövlət Aktında ad və ata adlarımı səhv göstərilmişdir. Belə ki, Ərizəçi3 əvəzinə səhvən X2, Ərizəçi4 əvəzinə səhvən X3, Rüstəmova (Ələskərova) Pərvanə Hacada qızı əvəzinə səhvən X1, Ərizəçi1 qızı əvəzinə səhvən Ərizəçi1 Hacağa oğlu kimi yazılmışdır.Hazırda həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq üçün müraciət olunsa da, Dövlət Aktında onların adı və ata adı düzgün yazılmadığından çıxarışın alınması mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktındakı yanlışlıqları aradan qaldırmaq mümkün deyil və bu səbəbdən göstərilən problemi aradan qaldırmaq üçün məhkəməyə müraciət etmişdilər. Göstərilənləri nəzərə alaraq, JN-3xx xxx 30316028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, ərizəçılər - Ərizəçi1, Ərizəçi3, Rüstəmova (Ələskərova) Pərvanə Hacada qızına, Ərizəçi4 Hacıada qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, ərizələrinin təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman Rüstəmova (Ələskərova) Pərvanə Hacada qızı ərizəni müdafiə edərək, ərizələrinin təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman Ərizəçi4 ərizəni müdafiə edərək, ərizələrinin təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 dinləyib, işdə olan sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi3un adı “Hacı”dır. İş materiallarında olan AZE ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Rüstəmova (Ələskərova) Pərvanənin ata adı adı “Hacada”dır. İş materiallarında olan AZE ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi4 ata adı “Hacada”dır İş materiallarında olan AZE ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi1 ata adı adı “Hacada”dır İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-3xx xxx 30316028 saylı Dövlət Aktının surətindən görünür ki, X6 Quba Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 115 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları isrehsalı məqsədilə 1.30 ha torpaq sahəsi torpaq sahəsi verilmişdir və onun təsərrüfatının tərkibində; X4, X8, Ərizəçi1 Hacağa oğlu, X5 vardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən məhkəmə iş materiallarına baxaraq, müəyyən etdiki, Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli 115 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-3xx xxx 30316028 saylı Dövlət Aktında ərizəçılər, Ərizəçi3un adı AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətində “Hacı” əvəzinə Dövlət Aktında “Hacağa”, Rüstəmova (Ələskərova) Pərvanənin ata adı AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətində “Hacada” əvəzinə, Dövlət Aktında “Hacağa”, Ərizəçi4 ata adı AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətində “Hacada” əvəzinə, Dövlət Aktında “Hacağa”, soyadı “Rüstəmova” əvəzinə “Rüstəmov”, “qızı” əvəzinə, “oğlu”, Ərizəçi1 ata adı AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətində “Hacada” əvəzinə, Dövlət Aktında “Hacağa” yazılmışdır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli 115 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-3xx xxx 30316028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, ərizəçılər - Ərizəçi1, Ərizəçi3, Rüstəmova (Ələskərova) Pərvanə Hacada qızına, Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi faktı iş sənədləri ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli 115 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-3xx xxx 30316028 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi3, Rüstəmova (Ələskərova) Pərvanə Hacada qızına və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1524/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1524/2020
01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver