Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1534/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi, həmçinin digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-902 kod 30307028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktını müəyyən edərək, qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN-902 kod 30307028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X8 adları “Nümayəndə” əvəzinə səhvən “Nümayəndə Qeybut oğlu”, “Ərizəçi2” əvəzinə səhvən -X5”, “Ərizəçi3” əvəzinə səhvən “X6” kimi yazılaraq düzgün qeyd olunmamışdır. Qeyd edir ki, adlarına verilmiş doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqələrində və ad, soyad və ata adı Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 kimi qeyd olunmuşdur. Dövlət Aktında qeyd olunan Nümayəndə Qeybut oğlu, X5 və X1 olaraq qeyd olunmuşdur. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna X12 aeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmirlər. Məhkəmə iclasında ərizəçi, həmçinin digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Nümayəndə ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-902 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüquqna dair dövlət aktının surətindən görünür ki, Nümayəndə Qeybut oğlu, X3, X5 və X2 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04saylı qərarı ilə 1,36 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Nümayəndədur. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq X4r. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2dur. İş materiallarında olan ƏMDK yanında Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, **********63 №li məktubdan görünür ki, JN-902 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X12 adları qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, JN-902 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüquqna X12 səhvən Nümayəndə ata adı “Beybut” əvəzinə “Qeybut”, Ərizəçi2 soyadı “Musayev” əvəzinə Qədirov, Ərizəçi3 soyadı “Musayev” əvəzinə “Qədirov”, adı isə “Səyyad” əvəzinə “Seynad” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-902 kod 30307028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-902 kod 30307028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının həmçinin Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1534/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1534/2022
30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver