Məhkəmə qərarları › İş №2(027)-154/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-154/2022

24.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-154/2022 24.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı qızı X2 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi 04.08.2020-ci il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək, 01.02.1979cu il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə 08.08.1977-ci il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahdan 01.02.1979-cu il tarixdə doğulmuş qızı X3 adlı övladı vardır. Həyat yoldaşı Fikrət Babayev 21.06.2000-ci il tarixdə vəfat etmişdir. 01.02.1979-cu il tarixdə doğulmuş qızı Aybəniz Babayeva anadan gəlmə iflic doğularaq həmin xəstəlikdən müalicə olunur. Xəstəlik anadan gəlmə olduğu üçün müalicələr effekt vermir, qızı Aybəniz Babayeva gəzə bilmir, sürünərək hərəkət edir, danışa bilmir. Onun bütün istədiklərini mimikasından başa düşür qeyd olunan xəstəliyə görə ona ömürlük İ qrup əlillik təyin edilib ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış ki, onu fəaliyyət qabiliyyəti olmayan hesab etdirərək, ona qəyyum təyin edilsin. Ərizəsinə əlavə etdiyi Quba rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.06.2019-cu il tarixli doğum arayışından aşkar olur ki, 01.02.1979-cu il tarixdə doğulmuş X2 doğum arayışında anası o, Ərizəçi, atası isə X4 olması qeyd edilmişdir. Ərizəsinə əlavə etdiyi həkim ekspert komissiyasının 20.09.1995-ci il tarixli arayışından aşkar olur ki, X3 anadan gəlmə iflic xəstəsidir və onun ömürlük İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyəti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı ollmadan baxmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin arayışından və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X5 01.02.1979-cu il tarixdə anadan olmuşdur. Anası Ərizəçi, atası isə X6r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında 08.08.1977-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan arayışından görünür ki, X3 İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17.12.2021-ci il tarixli, 3012 saylı rəyindən görünür ki, mülki işdə olan tibi sənədlər və şəxsin anasının məhkəməyə tədqiq edərək aparılan (qiyabi) müayiə əsasında X3 uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq, 01.02.1979-cu il təvəllüdlü X2 yuxarıda qeyd edilən diaqnozlu xəstəliklə əlaqədar o, öz hərkətlərini süurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də, X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni qızı 01.02.1979-cu il təvəllüdlü X2 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X3 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 01.02.1979-cu il təvəllüdlü Quba şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar