Məhkəmə qərarları › İş №2(027)-154/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-154/2025

04.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-154/2025 04.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, quba rayonu, Digah kəndində anadan olmuş 15 avqust 1980-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Ərizəçi X7 ilə 27 sentyabr 1979-cu il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 15 avqust 1980-cu il təvəllüdlü X4 adlı uşağı doğulmuşdur. X15 müddətsiz ikinci qrup əlildir, əmək qabiliyyəti yoxdur. X11 İİ qrup əlillik təyin olunmasına səbəb olan xəstəlik paranoid şizofreniya, şizofreniyanın paranoid forması, fasiləsiz gedişli tez-tez təkrarlanan dekaupensasiyalardır. Qeyd edilən dioaqnozlu xəstə kimi qızımın daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Mütəmadi olaraq müalicə və müayinə olunur. Bildirmək istəyir ki, Aynurənin kənar adamın qulluğu və nəzarəti olmadan yaşaması mümkün deyildir. X12 hal-hazırda müstəqil şəkildə qərar vermək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. O, öz fikrini ifadə edə bilmir. İllər keçdikcə qızının problemləri artır, onu idarə edə bilmək daha da çətinləşir. Sənədləşmə zamanı da qızı özünü ifadə edə bilmədiyi üçün imza edə bilmir. Eyni zamanda təmsilçiliklə bağlı etibarnamə verə bilmədiyindən müxtəlif dövlət orqanlarında onun onun adından onun xeyrinə hər hansı hərəkət etməyi də mümkünsüz olur. Odur ki, 15 avqust 1980-ci il təvəllüdlü qızı X1 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan quba rayon Qeydiyyat Şöbəsinin 19 aprel 2024-cü il tarixli 61№li məktubundan görünür ki, X5 ilə X10 27 sentyabr 1979-cu il tarixdə nikah bağlamışdır. Nikahdan sonra X8 Əhmədxanova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 502285 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 116428 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1980-ci il tarixdə quba rayonu, Digah kəndində anadan olmuş, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “quba Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli PHŞ/6.56-2 saylı arayışından görünür ki, X3 şizoferniyanın paranoid forması fasiləsiz gedişli tez-tez təkrarlanan dekaupensasiyalar diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat çıxarışından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X3 müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18-Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3310 saylı rəyindən görünür ki, X2 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur.Xroniki ruhi xəstəliyi ilə əlaqədar X4 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 onda müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 15 avqust 1980-ci il təvəllüdlü qızı X1 anasıdır. X1 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2024-cü il tarixli, 3310 saylı rəyi ilə müəyyən edilmişdir ki, X2 Şizofreniya paranoid forma, psixi qüsur halı formasında psixi xəstəlikdən əziyyət çəkməsi aşkar olunur. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, quba rayonu, Digah kəndində anadan olmuş 15 avqust 1980-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. quba rayonu, Digah kəndində anadan olmuş 15 avqust 1980-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. quba rayonu, Digah kəndində anadan olmuş 15 avqust 1980-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyumluq müəyyənləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar