Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1553/2021 08.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, atası X9 və anası X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X1 1922-ci ildə Quba rayonu Çiçi kəndində anası X10 isə 1926-cı ildə Dəvəçi rayonunda anadan olmuşdur. X9 və X10 1946-cı ildə ailə qursalar da, faktiki nikahlarını 22 mart 1951-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından o, İddiaçı xx xxx 1952-ci ildə, qardaşları X11 1959-cu ildə, X12 1949-cı il tarixdə, bacıları X13 1946-cı ildə, X14 1947-ci ildə anadan olmuşdur. X1 20 may 1999-cu ildə, anası X10 18 yanvar 2001-ci ildə vəfat etmişlər. Atasının və anasının vəfatından sonra onların birici növbəli vərəsələri onlar İddiaçı X11, X12, X8, X14 qalmışlar. X1 və anası X3 0,36 ha pay torpaq sahəsi və X1ndan 0,25 ha torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində atasından yaşayış evi miras qalmışdır. X1 və anası X10 həyatda olarkən və onlar öldükdən sonra da onlardan qalmış miras əmlakı o, qəbul edərək idarə etmişdir, fərdi yaşayış evində yaşamış, əmlaka dair vergiləri o ödəmişdir. O, hal-hazırda X1ndan miras qalmış evdə yaşayır və valideynlərindən miras qalmış 0,36 ha və 0,25 ha həyətyanı torpaq sahəsində əkib- becərməklə məşğul olur. Lakin qanunu bilməməzlikdən X1 vəfat etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Belə ki, hazırda o, valideynlərindən miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, orada ona qanunla müəyyən edilmiş müddəti buraxdığına görə notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktubu verilmiş, və buraxılmış müddətin bərpası, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məqsəduyğun olduğu bildirilmişdir. İş üzrə İddiaçı etibarnamə əsasında nümayəndəsi X24 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin notariusu Rəşad Haqverdiyev məhkəməyə ərizə göndrərək, Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisinin iş rejiminin və əhalinin sıxlığını nəzərə alaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4 maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 mart 1951-ci il tarixdə verilmiş NE seriyalı, 006817 №-li evlənmək haqqında şəhadətnamədən görünür ki, X9 ilə X10 22 mart 1951-ci il tarixdə nikaha girmiş və həmin nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvad Məmmədov soyadını qəbul etmişdir. İş materiallarında olan 21 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, 146554 №-li, doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə X5 birgə nikahından xx.xx.1952-ci il tarixdə İddiaçı doğulmuşdur. İş materiallarına əlavə olunmuş 6 iyun 1999-cu il tarixdə verilmiş, AZ seriyalı 009383 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 20.05.1999-cu ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş 30 may 2001-ci il tarixdə verilmiş, AZ seriyalı 009848 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 18.01.2001-ci ildə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın 17 sentyabr 2020-ci il tarixli, 351 saylı arayışdan görünür ki, X2 rayonu Təngəaltı kəndində yaşamış və 1999-cu ildə vəfat etmişdir, İddiaçı onun vərəsəsi sırasına daxildir. İş materiallarında olan Quba rayonu Səbətlər bələdiyyəsinin 05 sentyabr 2020-ci il tarixli, 50№li arayışından görünür ki, İddiaçı 1952-ci ildə Təngəaltı kənd sakini X6 ailəsində anadan olmuş və orada böyüyüb boya-başa çatmışdır. Məmməd Abdulla oğlu həmişə atasının mülkiyyətində olan evdə yaşamış, bu gün də Təngəaltı kəndində həmin evdə yaşayır. O, hər il yaşadığı evin vergilərini ödəmişdir. İş materiallarında olan JN-136F KOD 30329068 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X9 və X7 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il tarixli, 03 saylı qərarı ilə 0,25 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0056 KOD 30329068 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, X9 və X7 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 saylı qərarı ilə 0,36 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsindən görünür ki, Quba Quba rayonu Təngəaltı kəndində yerləşən iki mərtəbəli 5 yaşayış otaqlı yaşayış evi (ümumi sahəsi 154 kv.m, yaşayış sahəsi 88,2 kv.m) XDS İcraiyyə Komitəsinin 77 №li, 19 aprel 1988-ci il tarixli qərarı əsasında X6 adına qeydə alınmışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.1952-ci anadan olmuş, X1 və anası X10 qızıdır. X9 20 may 1999-cu ildə, X10 18 yanvar 2001-ci ildə vəfat etmişlər. Atasının və anasının vəfatından sonra vərəsələi İddiaçı, X11, X12, X8, X14 qalmışlar. X9 və X10 həyatda olarkən və onlar öldükdən sonra da onlardan qalmış miras əmlakı faktiki olaraq iddiaçı idarə etməklə qəbul etmiş, miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin qanunu bilməməzlikdən və savadsızlıqdan atası və anası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 və anası X3 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246.1-ci maddəsinə əasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı X1 və anası X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1ndan və anası X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1553/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1553/2021
08.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver