Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1555/2022 18.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 1163F KOD 30319018 saylı Şəhadətnamənin onun ilə yanaşı həyat yoldaşı X4 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 nömrəli qərarı ilə ona və həyat yoldaşı X4 Torpağın Mülkiyyətə verilməsinə dair JN:1163F KOD30319018 saylı Şəhadətnaməyə əsasən 0,09 ha torpaq sahəsi verilmişdir. Lakin, Torpağın Mülkiyyətə verilməsinə dair JN:1163F KOD30319018 saylı Şəhadətnamədə həyat yoldaşı X3 adı səhv yazılmışdır. Belə ki, Şəhadətnamədə həyat yoldaşının adı “X5” əvəzinə səhvən “X8” kimi qeyd edilmişdir. Ona məxsus digər bütün sənədlərdə (doğum haqqında şəhadətnamədə, ölüm haqqında şəhadətnamədə) adı X1 yazılmışdır. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. Lakin Şəhadətnamədə mülkiyyətçinin adı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktındakı yanlışlıqları aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1163F KOD 30319018 saylı Şəhadətnamənin Ərizəçi ilə yanaşı həyat yoldaşı X4 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X10 bildirdi ki, Ərizəçi yeznəsidir. Qasımova Xəccənsə onun bacısı olub və o, 2014-cü ildə vəfat edib. Məhkəmə Ərizəçi və şahid X9 dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-1163F KOD 30319018 saylı Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Quba rayonu, İİ Nügədi kəndi ərazisindən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 0.09 ha həyətyanı torpaq sahəsi Quba rayonu, İİ Nügədi kənd sakinləri Ərizəçi və həyat yoldaşı X3 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan AZ-İ 675427 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X5 xx.xx.2014-cü ildə vəfat edib, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 19 nömrə ilə qeydiyyata alınıb. İşdə olan İ–ИЕ 377986 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X6 xx.xx.1948-ci ildə doğulub, adı- Xəccənsə, soyadı- Rəsulova, ata adı- Ağa qeyd olunub. İşdə olan Quba rayonu, İİ Nügədi İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 540 nömrəli araşa əsasən, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1163F KOD 30319018 saylı Şəhadətnamədə texniki səhv olaraq X2 yazılmışdır, doğru yazılış X5 olmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1163F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 nömrəli saylı qərarı ilə Quba rayonu, İİ Nügədi kəndi ərazisindən yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 0.09 ha həyətyanı torpaq sahəsi Quba rayonu, İİ Nügədi kənd sakinləri Ərizəçi və həyat yoldaşı X3 xüsusi mülkiyyətinə verilib, lakin Şəhadətnamədə “X5” əvəzinə səhvən “X8” kimi yazılıb. Ərizəçi yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1163F KOD 30319018 saylı Şəhadətnamənin ona və həyat yoldaşı X4 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1163F KOD 30319018 saylı Şəhadətnamənin Ərizəçi ilə yanaşı X4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1163F KOD 30319018 saylı Şəhadətnamənin Ərizəçi ilə yanaşı X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1555/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1555/2022
18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver