Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1556/2021 22.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Cəbrayıl oğlunun, X5, cavabdehlər Cavabdeh3, Cavabdeh4, cavabdehlər Cavabdeh3, X18 və Cavabdeh2 vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1 Cəbrayıl oğlunun, X5, İddiaçı3, cavabdehlər X18, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı vərəsəliyin qəbul edilməsi, miras əmlakdan paylarının müəyyən olunması və həmin payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Cəbrayıl oğlu, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə JN- 2156F KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ailə üzvlərinə verilmiş Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən onların - İddiaçı1 Cəbrayıl oğlunun, İddiaçı2, İddiaçı3 payının naturada ayrılması, Quba Rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə JN-153 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna X26 əsasən ailə üzvlərinə verilmiş Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2 payının naturada ayrılması; həmin torpaq sahələrindən anası X9 miras qalmış pay hissəsindən İddiaçı1 Cəbrayıl oğlunun mirası qəbul etməsinin və miras payının müəyyən edilərək, naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 Cəbrayıl oğlu iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə JN- 2156F KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ailə üzvləri - X10, İddiaçı1 Cəbrayıl oğluna, İddiaçı2, İddiaçı3, X11, X13, Cavabdeh3, Cavabdeh2 Quba rayonu, Birinci Nügədi kəndi ərazisində 0,20 ha həyətyanı torpaq sahəsi, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-ci il tarixli, 07 saylı qərarı ilə JN-153 KOD 39319018 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən ailə üzvləri - X10, X11, X13, Cavabdeh2, İddiaçı2, Cavabdeh3 - Quba rayonu, Birinci Nügədi kəndi ərazisində 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 09 noyabr 2005-ci ildə, ataları Cavabdeh4 Nəğdəli oğlu 21 noyabr 1997-ci ildə vəfat etmişdir. Analarının vəfatından sonra 3 vərəsəsi qalmışdır - Cavabdeh4, X15 və özü İddiaçı1 Cəbrayıl oğlu. X4 22 may 2008-ci ildə vəfat etmişdir. Analarından qalmış mirasa sahiblik və istifadə etməklə faktiki qəbul etmişdir. Hal-hazırda cavabdehlərin yaratdığı maneələr üzündən paylı mülkiyyətdə olan torpaq sahələrindən istifadə edə bilmirlər. Onlar dəfələrlə cavabdehlərə onlara düşən payın naturada ayrılıb verilməsini xahiş etsələr də, cavabdehlər onlara torpaq sahəsi düşmədiyini, ona görə də torpaq sahəsindən payların naturada ayrılıb onlara verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3, iddianı qəbul edərək nənəsindən miras qalmış torpaq paylarının vərəsələr arasında qanuni bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul edərək, anasından qalmış vərəsəlik payından qardaşı oğlu Anarın xeyrinə imtina etdiyini göstərmiş və torpaq paylarının vərəsələr arasında qanuni bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər X18 və Cavabdeh2 iddianı qəbul edərək, Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən onlara düşən miras paylarının müəyyən olunmasını xahiş etmişlər. İş üzrə digər İddiaçı3 məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. İş üzrə cavabdehlər X18 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, hazırki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş üçüncü şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə ərizə göndərərək, Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisinin iş rejiminin və əhalinin sıxlığını nəzərə alaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarında olan Quba Rayon İHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 30.07.2018-ci il tarixli, 710 saylı arayışından görünür ki, X14 1925-ci ildən 2005-ci il tarixədək Quba rayonu, 1-ci Nügədi kəndində yaşaymış və orada da 09.11.2005-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra vərəsələri oğlu Cavabdeh4, İddiaçı1 Cəbrayıl oğlu və oğlu Bədəlov Fərrux Cəbrayıl oğlu qalmışlar. Mülki işin materiallarında olan Quba Rayon İHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 27.01.2021-ci il tarixli, 83 saylı arayışından görünür ki, İddiaçı1 Cəbrayıl oğlu 1-ci Nügədi kənd sakini olub hal-hazırda həmin kənddə yaşayır və həyat yoldaşı İddiaçı2, qızı, İddiaçı3 Fəxrəddin qızı və qızı X6 ibarət ailə tərkibi vardır. Mülki işin materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.09.2015-ci il tarixli arayışdan görünür ki, X14 09.11.2005-ci il tarixdə ölmşüdür. Mülki işin materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.05.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh4 Nəqdəli oğlu 21.11.1997-ci il tarixdə ölmşüdür. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 30 iyul 2021-ci il tarixli, 364 №li arayışından görünür ki, X15 21.05.2008-ci ildə vəfat etmişdir. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı1 Cəbrayıl oğluna ünvanlanmış 29.10.2018-ci il tarixli, **********51 saylı məktubdan görünür ki, X14 və ailə üzvlərinin adına olan 1,26 ha torpaq sahəsinə verilmiş JN-153 KOD 30319018 nömrəli “Torpağa Mülkiyyət Hüququna X27” ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçmiş, baza xəritə üzərində 2345N saylı aktın cizgizi ilə üst-üstə düşür, 153M hissəsi ilə koordinatlara əsasən digər torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan JN-2156F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X14 və ailə üzvləri X15, Cavabdeh1 Vasiliyevna, Cavabdeh2, İddiaçı2 Fərrux qızı, Cavabdeh3 və İddiaçı3 Fəxrəddin qızı və İddiaçı1 Cəbrayıl oğlunun mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə 0,20 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 26.11.2020-ci il tarixli, 1506 №li İddiaçı1 Cəbrayıl oğluna ünvanlanmış məktubundan görünür ki, qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik, etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədləri təqdim etməmiş, ona “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, JN-2156F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasən X14 və ailə üzvləri X15, Cavabdeh1 Vasiliyevna, Cavabdeh2, İddiaçı2 Fərrux qızı, Cavabdeh3 və İddiaçı3 və İddiaçı1 Cəbrayıl oğlunun mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə 0,20 hektar torpaq sahəsi, JN-153 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən X14 və ailə üzvləri Bədəlov Fərrux, Cavabdeh1 Vasiliyevna, Cavabdeh2, İddiaçı2 Fərrux qızı, Cavabdeh3 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə 1,26 hektar torpaq sahəsi verilmiş, X14 09.11.2005-ci il tarixdə ölmüş və ölümündən sonra onun uşaqları Cavabdeh4, İddiaçı1 Cəbrayıl oğlu və X7 ibarət üç vərəsəsi qalmışdır. Cavabdeh4, İddiaçı1 Cəbrayıl oğlu və X15 X3ndan qalmış miras torpaq sahələrindən istifadə etməklə faktiki olaraq qəbul etmişlər. Həmin X1 21.05.2008-ci ildə ölmüş, ölümündən sonra həyat yoldaşı X19 və uşaqları Cavabdeh2 və Cavabdeh3 ibarət üç vərəsəsi qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147-ci maddəsinə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncunun nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılır ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərobaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə işdəki sübutlarla müəyyən etmişdir ki, miras qoyanın yuxarıda göstərilən üç vərəsəsi – Cavabdeh4, İddiaçı1 Cəbrayıl oğlu və X15 miras qoyan X9 ölümündən sonra miras torpaq sahələrini əkib-becərib, sahiblik etməklə, miras torpaq sahələrindən istifadə edib onu idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Ona görə də həmin şəxslərin mirası faktiki qəbul etməsi faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə iş üzrə müəyyən olunmuş halları yuxarıda göstərilən qanun normaları əsasında hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, JN-2156F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş 0,20 hektar torpaq sahəsinin 1/8 hissəsi və JN-153 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən ümumi mülkiyyətə verilmiş 1,26 hektar torpaq sahəsi 1/6 hissəsi X9 mülkiyyətində olmuşdur. X14 09.11.2005-ci il tarixdə vəfat etdiyindən və onun vəfatından sonra 3 (üç) vərəsəsi qaldığından, sözügedən torpaq sahələrinin onun payına düşən 1/8 və 1/6 hissəsinə miras açılmışdır ki, həmin 1/8 və 1/6 hissələrə miras da 3 vərəsə arasında bölünməli və hər vərəsəyə 1/3 hissə vərəsəlik payları müəyyən edilməlidir. X1 21.05.2008-ci ildə öldüyündən ona mirasdan düşən 1/3 pay həyat yoldaşı X19 və uşaqları Cavabdeh2 və Cavabdeh3 bərabər şəkildə, yəni, 1/9 hissə vərəsəlik payları müəyyən edilməlidir. İddiaçılar ərizələrində həmçinin payların naturada ayrılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Qanunun tələbindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Beləliklə, iddia ərizəsindən və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, tərəflər arasındakı mübahisə vərəsəlik paylarının müəyyən olunması ilə əlaqədar olmuş, payların naturada ayrılması ilə əlaqədar hazırda mübahisə yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia payların naturada ayrılması hissəsində təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş faktiki hallara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, X8 qalmış mirasın Cavabdeh4, İddiaçı1 Cəbrayıl oğlu və X15 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, Quba rayonu İ Nügədi kəndində yerləşən JN-2156F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin X9 payına düşən 1/8 hissəsinin Cavabdeh4 və İddiaçı1 Cəbrayıl oğlunun hər birinə 1/3 hissəsinə və X19, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/9 hissəsinə və Quba rayonu İ Nügədi kəndində yerləşən JN-153 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X25 göstərilən 1,26 ha torpaq sahəsinin X9 payına düşən 1/6 hissəsinin Cavabdeh4 və İddiaçı1 Cəbrayıl oğlunun hər birinə 1/3 hissəsinə və X19, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/9 hissəsinə vərəsəlik payları müəyyən edilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin olunsun. X8 qalmış mirasın Cavabdeh4, İddiaçı1 Cəbrayıl oğlu və X15 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Quba rayonu İ Nügədi kəndində yerləşən JN-2156F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin X9 payına düşən 1/8 hissəsinin Cavabdeh4 və İddiaçı1 Cəbrayıl oğlunun hər birinə 1/3 hissəsinə və X19, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/9 hissəsinə və Quba rayonu İ Nügədi kəndində yerləşən JN-153 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X25 göstərilən 1,26 ha torpaq sahəsinin X9 payına düşən 1/6 hissəsinin Cavabdeh4 və İddiaçı1 Cəbrayıl oğlunun hər birinə 1/3 hissəsinə və X19, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/9 hissəsinə vərəsəlik payları müəyyən edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1556/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1556/2021
22.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver