Məhkəmə qərarları › İş №2(027)-1560/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1560/2020

10.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1560/2020 10.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN- 212F KOD 30327018 saylı X3 Zal oğlu, X12 ilə yanaşı o - Ərizəçi və mərhum əri X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon X10 xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-212F KOD 30327018 saylı Şəhadətnaməyə əsasən ona və ailə üzvləri X11, X13, X8 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-212F KOD 30327018 saylı Şəhadətnamədə ad və ata adları Ərizəçi əvəzinə səhvən X1 və X4 atasının adı səhvən Mirzəağa oğlu kimi yazılmışdır. Əri X11 xx.xx.2007-ci ildə vəfat etmişdir. Mərhum ərinin ölüm haqqında şəhadətnaməsində adı X2 yazılmışdır. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamədə ad və ata adları düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən şəhadətnamədəki yanlışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-212F KOD 30327018 saylı Şəhadətnamənin surətindən görünür ki, X9, X1, X13 və X8 Quba rayon X10 xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı “Gülyanə”, atasının adı “Əliydər”dir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə ölən Zal Xudaverdiyevin atasının adı “Mirzəğa”dır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X19 xx.xx.2020-ci il tarixli **********67 nömrəli məktubundan görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-212F KOD 30327018 saylı Şəhadətnamədə mülkiyyət sahibinin soyadı və adı səhv qeyd olunduğundan həmin səhvləri aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon X10 xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə ərizəçiyə və ailə üzvlərinə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN- 212F KOD 30327018 saylı Şəhadətnamədə səhvlərə yol verilərək, Ərizəçi adı və atasının adı səhvən Güldanə Əliheydər qızı kimi, X5 atasının adı səhvən “Mirzəağa” kimi yazılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. İş materiallarından göründüyü kimi, doğum haqqında və ölüm haqqında şəhadətnamələrdə ərizəçinin adı və atasının adı düzgün olaraq Ərizəçi, Zal Xudaverdiyevin atasının adı “Mirzəğa” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-212F KOD 30327018 saylı X3 Zal oğlu, X12 ilə yanaşı Ərizəçi və X7 məxsus olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-212F KOD 30327018 saylı X3 Zal oğlu, X12 ilə yanaşı Ərizəçi və X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar