Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1561/2021 09.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və digər Ərizəçi1 nümayəndəsi X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X3 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və X7 məhkəməyə ərizə ilə müraciət edərək, JN:579 Kod 30301004 saylı Torpağa Mülkiyyət X2ra məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər onunla əsaslandırmışdır ki, onlara və ailə üzvlərinə Quba rayonu Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli 05 saylı qərarı ilə 1,20 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və adlarna mülkiyyətlərini təsdiq edən JN-579 kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X23 verilmişdir, hal-hazırda həmin torpaq onların mülkiyyətindədir. Qeyd olunan Dövlət Aktında onların atalarının adı səhv olaraq Əlihüseyn yerinə “Əliheydər” kimi qeyd edilmişdir, onlar qeyd olunan uyğunsuzluğu aradan qaldırmaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, qeyd olunan təşkilat 16 iyun 2021-ci il tarixli məktubu ilə onlara bildirmişdir ki, uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid deyildir, bununla bağlı məhkəməyə müraciət etməyləri tövsiyyə olunmuşdur, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edirlər. Ərizələrinə əlavə etdikləri JN-579 kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X19 aşkar olur ki, onlara və digər ailə üzvlərinə 1,20 ha torpaq sahəsi ayrılmış və həmin Dövlət Aktında onların atalarının adı səhvən Əlihüseyn əvəzinə “Əliheydər” kimi qeyd edilmişdir. Məhkəmədə ərizəçi və digər Ərizəçi1 nümayəndəsi X7 ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçi və digər Ərizəçi1 nümayəndəsi X3 izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN:579 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X19 görünür ki, X9, X6, X10, X13, Ərizəçi2 Əliheydər oğlu, X1 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə 1.20 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında ərizəçilər Ərizəçi1 və X3 atalarının adı “Əliheydər” kimi qeyd olunmuşdur. İş materiallarında olan AZE seriyalı 17957284 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq X4r. İş materiallarında olan AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, digər ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi1dır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 16.06.2021-ci il tarixli, **********53 №li məktubdan görünür ki, DT və XK-si tərəfindn verilmiş JN-3683A KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X22 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahəiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə JN:579 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X23 əsasında X9, X6, X10, X11, Ərizəçi2 Əliheydər oğlu, X1 mülkiyyətinə 1.20 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçilər Ərizəçi1 və X3 ata adının «Əlihüseyn» əvəzinə səhvən «Əliheydər» kimi qeyd olunması, hüquq müəyyənedici sənəd olan JN:579 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X22 ərizəçilərin soyadının (adının, soyadının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən soyadı (adı, soyadı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmələri və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçilərə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN:579 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X21 Ərizəçi1 və X5 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN:579 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna X21 digər ailə üzvləri ilə birlikdə həmçinin Ərizəçi1 və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1561/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1561/2021
09.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver