Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1562/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq ,məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə verilməsinə dair JN-085F KOD 30329068 saylı X1, X10 ilə yanaşı Ərizəçi qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 30 mart 2002-ci il tarixli 03 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-085F KOD 30329068 nömrəli Şəhadətnaməyə əsasən onlara fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,25 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-085F KOD 30329068 nömrəli Şəhadətnamədə Ərizəçi əvəzinə səhvən Ərizəçi Şahmərdan qızı kimi yazılmışdır. Şəhadətnamədə qeyd olunmuş ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********70 nömrəli 25 iyun 2021-ci il tarixli imtina məktubu alıb. Ona görə də, Şəhadətnamədə yanlışlıqları aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq Torpağın Mülkiyyətə verilməsinə dair JN-085F KOD 30329068 saylı X1, X10 ilə yanaşı Ərizəçi qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, Ərizəçi onun bacısıdı,atasının adı Gülməmməd, anasının adı Nəzirədir. Ailədə beş qardaş, üç bacıdılar və qeyd edib ki,Torpağın Mülkiyyətə verilməsinə dair JN- 085F KOD 30329068 saylı Şəhadətnamədə Ərizəçi əvəzinə Ərizəçi Şahmərdan qızı səhv yazılıb. Məhkəmə Ərizəçi, şahid X5 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb iş materiallarında olani sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 2179 Kod 30319018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Quba rayonu, Təngəaltı kənd sakini X2 və onun ailə üzvlərinə X8 və Ərizəçi Şahmərdan qızına, Quba rayon Aqrar İslahat Komissiyasının 30.03.20202ci il tarixli, 03 nömrəli qərarı ilə 0.25 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. İşdə olan Vİİ-ЖГ№ 304193 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Mövlanova (Abdullayeva) Zümrüd Gülməmməd qızı arasında 05.05.1997-ci il tarixdə Quba rayonu Çiçi İƏV üzrə nümayəndəliyində nikah bağlanmış, 04 nömrə ilə qeyd edilmişdir. İşdə olan A3 131329 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi yazılıb, o, xx.xx.1978-ci ildə Quba rayonu Güləzi kəndində anadan olub. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu Təngəaltı kəndində qeydiyyatdadır İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 25.06.2021-ci il tarixli məktubda Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan Quba rayon İHB-nın Çiçi İƏD-si üzrə nümayəndəliyinin 01.07.2021-ci il tarixli 236 nömrəli arayışında Daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********05-10301 çıxarışda texniki səhv olaraq qeyd olunan Ərizəçi Şahmərdan qızı ilə Ərizəçi eyni şəxs olduğu qeyd edilib. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-085F KOD 30329068 saylı X1, X10 ilə yanaşı Ərizəçi qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə verilməsinə dair JN-085F KOD 30329068 saylı X1, X10 ilə yanaşı Ərizəçi qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1562/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1562/2021
21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver