Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1566/2021 30.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 18.11.1998-ci il tarixli 15 saylı qərarı ilə verilmiş JN- 0048, KOD 30324038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının ona məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 ərizəni müdafiə edərək, bildirdi ki, ona və ailə üzvlərinə Quba rayonu, Caqacıq kəndi ərazisindən Quba rayon Aqrar islahat Komissiyasının 18.11.1998-ci il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə bizə JN-0048, KOD 30324038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında anasının adı və ata adı “Simzarə Şəmsəddin qızı” əvəzinə səhvən “Simuzər Rəhman qızı” yazılmışdır. Lakin doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə Ərizəçi yazılmışdır. Torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq məqsədi ilə müraciət etsə də, adlar düzgün yazılmadığından ərizənin qeydiyyatına imtina verilmişdir. Dövlət Aktını verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında olan yanlışlığı aradan qaldıra bilmir. Göstərilənləri nəzərə alaraq, ərizəçinin nümayəndəsi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Torpağa Mülkiyyət Hüququna Dair JN-0048, KOD 30324038 nömrəli Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 18.11.1998-ci il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün X8, X4, X9, X5 1,12 ha torpaq sahəsi verilmişdir; AZE 08184642 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adının düzgün yazılışı “Ərizəçi”dır; АЗБ 085394 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.08.1971-ci il tarixdə anadan olmuş Simzarə Şəmsəddin qızının qızlıq soyadı Şirinova olmuşdur; AZ-İ 601067 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 24.03.1992-ci il tarixdə X2 ilə X8 nikah bağlamış, nikah bağlanandan sonra X1 “Kərimova” soyadı verilmişdir; Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəliyinin 13.07.2021-ci il tarixli 315 nömrəli arayışdan görünür ki, “X4” adında şəxs nümayəndəlik ərazisində yaşamır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07.06.2021-ci il tarixli **********90 saylı məktubundan görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0048, KOD 30324038 nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin adlarında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçinin adı və atasının adı “Simzarə Şəmsəddin qızı” olduğu halda, Torpağa Mülkiyyət Hüququna dair JN-0048, KOD 30324038 nömrəli Dövlət aktında səhvən “Simuzər Rəhman qızı” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 sayl qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0048, KOD 30324038 saylı Dövlət aktının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-0048, KOD 30324038 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1566/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1566/2021
30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver