Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1568/2024 19.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X8 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 fevral 2024-cü il tarixli, № ********* saylı Akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair 29 fevral 2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış 777,60 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Qaraçay kəndində yerləşən ona məxsus yaşayış evində ailəsi ilə yaşayır. Qaz paylayıcısı olan Cavabdeh ilə aralarında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi, onlar da hər ay istifadə etdikləri qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcumu ödəyirlər. Bildirmşdir ki, Cavabdeh əməkdaşları 06 fevral 2024-cü il tarixdə yaşayış evinə quraşdırılmış qaz sayğacını çıxararaq, yeni sayğac ilə əvəzləşdirmişlər. Bundan sonra Cavabdeh əməkdaşları yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirərək, sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının sındırılması, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi, göstərici çarxların sayğacın üzərində aşkar olunmaması, sayğacın istisimara yararsız olması barədə 29 fevral 2024-cü il tarixli, № ******* saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən 29 fevral 2024-cü il tarixli tələbnamə tərtib olunaraq 777,60 manat məbləğində dəymiş ziyan (borc) hesablanmış və abonent saldosunda hesabında 777,60 manat ödəməli ziyan (borc) məbləği olması göstərilmişdir. Bildirmişdir ki, onlar, istifadə etdikləri qaz sərfiyyatının borcunu vaxtlıvaxtında ödəmiş, hazırda da qaz borcunu mütəmadi ödəyir. Ziyan aktının tərtib olunmasından sonradan xəbəri olmuş və sayğaca dəymiş ziyan olaraq hesablanmış 777,60 manat borcun qanunsuz hesablanması barədə Cavabdeh Quba rayon şöbəsinə müraciət etmişdir. Ona həmin aktın və tələbnamənin əsillərini deyil, surətlərini vermişlər. O, həmin borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Qeyd etmişdir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Qaz sayğacının evin darvazasından aralıda münasib yerdə quraşdırılması barədə dəfələrlə qaz idarəsinin əməkdaşlarına bildirsə də heç bir müsbət nəticəsi olmamışdır. Qaz sayğacı güclü külək nəticəsində qırılaraq yararsız hala düşmüşdür. Bu hal kənd icra nümayəndəliyinin təsdiq etdiyi aktla da təsdiqini tapır. Göstərilən səbəbdən sayğacın yararsız hala düşməsinə görə onlar məsuliyyət daşımalı deyil. Onların sayğaca müdaxilə etməyə heç bir ehtiyacları olmamışdır. Hesab edir ki, Cavabdeh Xaçmaz X8 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Akt və həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 777,60 manat məbləğində borc abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, sayğac küçədə yerləşir, sayğac açıq vəziyyətdədir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Qaz sayğacı güclü küləy səbəbindən qırılaraq yararsız vəziyyətə düşmüşdür. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərədən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RQİİ-nin xx.xx.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının AR DNŞ-nin Cavabdeh İB-nin Meterologiya Departamentinin Qaz sayğacının yoxlanılması barədə AKT № 0204 rəyinə əsasən hesablama mexanizminin qoruyucu plasmas qapağının sındırılması, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi, göstərici çarxların sayğacın üzərində aşkar olunmaması, sayğacın istisimara yararsız olması qeyd edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində **********5 nömrəli sayğac çıxarılmış və əvəzində 13745743 №li sayğac quraşdırılmışdır; Cavabdeh 29 fevral 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Qaraçay kəndində yerləşən mənzildə quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 6480 m3 (6 x 12 x 90 = 6480 m3) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2024-cü il tarixli, ******* saylı akt olmuşdur; **********02280 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı mütəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 777,60 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. 08 fevral 2024-cü il tarixli Aktdan görünür ki, xx.xx.2024-cü il tarixində Quba rayon Birinci Nügədi kənd İƏD üzrə nümayəndəliyin Qaraçay kəndində qeydiyyatsız olaraq yaşayan İddiaçı məxsus evin (2.**********) nömrəli qaz sayğacı güclü küləy səbəbindən qırılaraq yararsız vəziyyətə düşmüşdür. Aktı Quba rayon Birinci Nügədi kənd İƏD üzrə nümayəndəliyin mühasibi X5, Quba rayon Birinci Nügədi kənd bələdiyyə sədri X6, Qaraçay kənd sakini X2 imzalarıyla təsdiq etmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №li, reyestr nömrəsi **********49 olan, qeydiyyat nömrəsi ********** olan xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 777,60 manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 777,60 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 777,60 manat məbləğində borc İddiaçı **********02280 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 777,60 manat məbləğində borc İddiaçı **********02280 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1568/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1568/2024
19.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver