Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1578/2021 16.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkil X7, Cavabdeh5 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat kontoru, Cavabdeh4nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat kontoruna qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktının, alqı-satqı müqaviləsinin, çıxarışları və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat Kontoru, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı Torpağa Mülkiyyət Hüququna Dair JN-0138 KOD 30305058 nömrəli Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-316 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş MH seriyalı ******* və ******* nömrəli Çıxarışların, Xaçmaz rayon Notariat Kontorunda 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli Cavabdeh2 qızının adına bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İş üzrə Cavabdeh1 vəfat etməsi səbəbindən və onun hüquqi varisi müəyyən edilənə kimi iş üzrə icraat dayandırılmışdır. Cavabdeh5 məhkəməyə ərizə ilə müqraciət edərək, mülki iş üzrə Cavabdeh1 onun anası olduğu və onun anası Cavabdeh1 vərəsəsi olduğuna dair rəsmi sənədi məhkəməyə təqdim edərək, əsl cavabdeh kimi onu əvəz edib işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsini onunla əsaslandırmışdılar ki, onlar, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Quba rayonu, Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0002 KOD 30305058 nömrəli Dövlət Aktına əsasən kənd təssərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu Qırız-Dəhnə kəndi ərazisindən 7,44 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi barədə onlar məlumat almaq istədikdə həmin torpaq sahəsinin artıq onlara məxsus olmadığı bildirilmişdi. Bundan sonra bunun nə demək olduğunu öyrənmək üçün vəkil vasitəsi ilə sorğular verərək onlara məxsus torpaq sahəsinin hansı əsasla onların mülkiyyətindən çıxarılmasına dair sənədlər toplayıblar. Nəticədə məlum olub ki, onlara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-0002 KOD 30305058 nömrəli Dövlət Aktından 1,50 ha torpaq sahəsi DNK- 30.12.2005-ci il tarixli 4-ə-1677-1678 nömrəli alqı-satqı müqavilələri ilə satılmış, lakin həmin alqı-alqı müqaviləsi Notariat Kontorunda və arxivdə olmadığından, həmin müqaviləyə əsasən torpaq sahəsi kimə satılması aydın deyildir. Bundan sonra yerdə qalan 5,94 ha torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-138 KOD 30305058 nömrəli Dövlət Aktı işlənmiş, həmin akt əsasında Quba rayon Notariat Kontorunda 21 sentyabr 2007-ci il tarixdə bağlanmış AN-İ 011676 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Bakı şəhərində yaşayan Cavabdeh1 satılmışdır. Lakin onlar Cavabdeh1 tanımir, torpaq sahəsini ona satmayıblar. Alqı-satqı müqaviləsindəki imzalar onlara məxsus deyildir. Bundan sonra onlara məxsus torpaq sahəsinə dair Cavabdeh1 adına 1,1787153 ha və 4,748947 ha olmaqla, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlər Reyestrindən MH Seriyalı ******* nömrəli Çıxarışlar verilmiş, Cavabdeh1 həmin torpaq sahələrini Xaçmaz rayon Notariat Kontorunda bağlanmış 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 bağışlamışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, onlara məxsus torpaq sahəsi üzərində oynanılan bütün bu oyunlardan onların xəbəri olmamış, sorğu verilən zaman onlara məlum olmuşdur ki, 7,44 ha torpaq sahəsi notariat kontorunda olmayan alqı-satqı müqaviləsinə əsasən 1,50 ha hissəsi satılmış, yerinə JN-138 KOD 30305058 saylı 5,94 ha torpaq sahəsinə çıxarış verilmiş, bundan onların xəbəri və imzası olmadan həmin torpaq sahəsi Cavabdeh1 satılmış, Cavabdeh1 həmin torpaq sahəsinə çıxarış almış və həmin çıxarışa əsasən torpaq sahəsini Xaçmaz rayon Notariat Kontorunda bağlanmış 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 bağışlamışdır. Göründüyü kimi onlara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-0002 KOD 30305058 saylı Dövlət Aktına əsasən 7,44 ha torpaq sahəsinin 1,50 ha hissəsinin satılmasından onların xəbəri olmamış, onlar alqı-satqı müqaviləsinə imza etməmişdir, ümumiyyətlə belə bir alqı-satqı müqaviləsi mövcud deyildir. Alqısatqı müqaviləsi mövcud olmadığı üçün ona əsasən verilmiş JN-138 KOD 30305058 nömrəli Dövlət Aktı da etibarsızdır. JN-138 KOD 30305058 nömrəli Dövlət Aktı etibarsızdırsa, onun əsasında 21 sentyabr 2007-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli Alqı-satqı müqaviləsi də etibarsız hesab olunmalıdır, bundan başqa onlar həmin müqaviləyə də imza etməyiblər. Həmin müqavilədən xəbərləri yoxdur, həmin müqavilə etibarsız hesab olunursa, onun əsasında cavabdeh X5 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli və ******* nömrəli Çıxarışlar da etibarsız hesab olunmalı, həmin çıxarış etibarsız hesab olunarsa, ona əsasən Xaçmaz rayon Notariat Kontorunda bağlanmış 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adına olan bağışlanma müqaviləsi də etibarsız hesab olunmalı və bu səbəbdən göstərilənlərə əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN-0138 KOD 30305058 nömrəli Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-316 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adma verilmiş MH seriyalı ******* və ******* nömrəli Çıxarışların, Xaçmaz rayon Notariat Kontorunda26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli Cavabdeh2 qızının adına bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə İddiaçı6 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı5 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili X9 iddia ərizəsini müdafiə edərək, bildirdi ki, JN-138 KOD 30305058 nömrəli Dövlət Aktı mövcud deyil, həmin aktın əsli iddaçılarda yoxdur və elə bir Dövlət Aktının olması barədə heç bir məlumat yoxdur. İddiaçılar onların adında belə bir sənədin olmasından xəbərləri yoxdur. Qeyd olunan bu Aktı olmadığı təqdirdə, alqı-satqı müqaviləsinin bağlanması mümkün deyil. İddiaçıların adında 7,44 ha torpaq sahəsinin verilməsi ilə bağlı Quba rayonu, Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0002 KOD 30305058 nömrəli Dövlət Aktı mövcuddur ki, həmin aktın əsli onlardadır. Həmçinin qeyd etdi ki, iddia müddətinin tətbiqi ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarı var, həmin qərara əsasən bu tip iddia tələblərində iddia müddətinin tətbiqi şamil edilmir. Vəkil Əlixanlı Elgün göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh5 nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək, bildirdi ki, 2007-ci ildə alqı-satqı müqaviləsi bağlanıb və həmin müqavilə ilə JN-138 KOD 30305058 nömrəli Dövlət Aktı əsasında cavabdehə və onun ailə üzvlərinə məxsus 5.94 ha torpaq sahəsi 36,000 min manata onlardan alınıb. Həmçinin iddia ərizəsində bağışlanma müqaviləsi də qeyd olunub,iş materialları ilə tanış olanda orda bağışlanma müqaviləsinin movcud olub olmaması müəyyən edilməyib. Aydın görünür ki, iddiaçılar Mülki Məcəllə ilə tətbiq edilən iddia müddətini buraxıb. Göstərilənləri nəzərə alaraq cavbdehlərə qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 qızına, Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat Kontoruna, Cavabdeh4nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh2 qızının və Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat Kontoruna, Cavabdeh4nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Kontorunun nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkil X8 və Cavabdeh5 nümayəndəsi və vəkili X4 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş üzrə Cavabdeh5 məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” ilə əlaqədar ərizə ilə müraciət edərək, iddiaçılar tərəfindən alqı-satqı müqaviləsinin, çıxarışların və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair Azərbaycan Respublikası MM-də müəyyən edilmiş müddətlərin ötürülməsini nəzərə alaraq, iddia müddətini tətbiq edərək, iddiadan imtiana barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli, 10.07.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 adına verilmiş Quba rayonu Qırız- Dəhnə kəndi ərazisindən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfarı torpaqlarından 1.187153 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli, 10.07.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 adına verilmiş Quba rayonu Qırız- Dəhnə kəndi ərazisindən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfarı torpaqlarından 4.748947 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN 138 kod 30305058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Qırız-Dəhnə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 5.94 ha torpaq sahəsi Quba rayon AİK-nın 15.12.1997-ci il 18 saylı qərarı və DNK-nun 30.12.2005 tarixli 4-ə-1677-1678 saylı alqı-satqı müqavilələri ilə Quba rayon Qırız Dəhnə kənd sakini İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli,21.09.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Qırız Dəhnə kənd sakini İddiaçı1 və onun ailə üzvləri Quba rayon Qırız-Dəhnə kəndi ərazisində yerləşən JN138 kod 30305058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onların mülkiyyətinə verilən 5.94 ha torpaq sahəsini alıcı Cavabdeh1 satmışdır. İş materiallarında olan JN 002 kod 30305058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Qırız-Dəhnə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 7.44 ha torpaq sahəsi Quba rayon AİK-nın 15.12.1997-ci il 18 saylı qərarı ilə Quba rayon Qırız Dəhnə kənd sakini İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Asan Vəkil Bürosuna ünvanladığı 28.01.2020-ci il tarixli məktubundan məlum olur ki, N-0002 Kod 30305058 nömrəli “Torpağa mülkiyyət na dair Dövlət Aktı” alqı- satqı olunduqdan sonra İddiaçı1 və ailə üzvlərinin adına 5.94 ha torpaq sahəsinə JN-138 nömrəli Dövlət Aktı işlənmiş və torpaq sahəsi Quba rayon dövlət notariat kontorunun 21 sentyabr 2007-ci il tarixli alı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri, 6 saylı Notariat ofisinin ünvan 2 ünvanında yaşayan Cavabdeh5 ünvanlanan 06.09.2021-ci il tarixli məlumatından məlum olur ki, 09.12.2020-ci ildə vəfat etmiş Cavabdeh1 miras qalmış əmlaklara dair Cavabdeh5 ərizəsi əsasında vərəsəlik işi açılmış və Cavabdeh1 vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından iddiaçılar Torpağa Mülkiyyət Hüququna Dair JN-0138 KOD 30305058 nömrəli Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-316 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş MH seriyalı ******* və ******* nömrəli Çıxarışların, Xaçmaz rayon Notariat Kontorunda 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli Cavabdeh2 qızının adına bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etsədə, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddəsində göstərilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər Göründüyü kimi iddiaçı iddia tələbi irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini keçirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat Kontoru, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı Torpağa Mülkiyyət Hüququna Dair JN-0138 KOD 30305058 nömrəli Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-316 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş MH seriyalı ******* və ******* nömrəli Çıxarışların, Xaçmaz rayon Notariat Kontorunda 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli Cavabdeh2 qızının adına bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları müəyyən olunmuş iddia müddəti keçdikdən sonra verildiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Quba Regional “ASAN xidmət” mərkəzinin Notariat Kontoru, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı Torpağa Mülkiyyət Hüququna Dair JN-0138 KOD 30305058 nömrəli Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-316 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş MH seriyalı ******* və ******* nömrəli Çıxarışların, Xaçmaz rayon Notariat Kontorunda 26 avqust 2018-ci il tarixli, 4Ə-1770 reyestr nömrəli Cavabdeh2 qızının adına bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1578/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1578/2021
16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver